Yuxarı

“Bu, Bakının Moskvaya təzyiq vasitəsi olar...”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyanın Türkiyə üzərindən çəkəcəyi qaz boru xətti Avropaya birbaşa Yunanıstandan deyil, TANAP üzərindən ötürülərsə, bu, Azərbaycan üçün çox böyük şans ola bilər".

Bu sözləri Axar.az-a politoloq Fərhad Mehdiyev Rusiyanın Türkiyə üzərindən reallaşacaq qaz layihəsini şərh edərkən deyib.

Politoloq bildirib ki, razılaşmaya görə, Rusiya və Türkiyə indi bu qaz kəməri xəttini çəkmək istəyir:

"Boru xəttinin Qara dənizin altından keçərək Türkiyə sərhədlərindən Yunanıstana qədər getməsi nəzərdə tutulur. Hansı tərəfin maliyyələşdirməsi ilə bağlı hələlik qərar verilməyib. Buna görə də hələ ki, bu qərar bəyanat olaraq qalır. Çünki ortada hər hansı bir memorandum yoxdur. Hansı tərəfin maliyyələşdirəcəyi o nöqteyi-nəzərdən vacibdir ki, Rusiyanın hazırda buna gücü çatmır, daha doğrusu, pulu yoxdur. Ancaq Rusiya "Cənub axını"nın quru hissəsinin bir qismini öz ərazisində tikir. Burada əsas çətinlik indi layihənin dəniz altından olan variantını reallaşdırmaqdır. 62 milyard kub metr qazın keçməsi üçün yeni boru xəttinə ehtiyac var. Rusiyanın niyyəti Avropaya 14 milyard kub metr qaz nəql etməkdir. Hesab edirəm ki, əgər Rusiya özünə başqa investor tapmasa, bunu reallaşdırmaqda çətinlik çəkəcək. Ən azı Türkiyə bu və ya digər şəkildə layihənin reallaşmasına kömək etməlidir. Əsas sual isə sualtı hissəni kimin tikməsidir. Çünki Rusiyanın bu işdə elə də təcrübəsi yoxdur. Bəs Avropa şirkətləri bu işə gedəcəkmi? Hazırda Avropa komissiyasının özü Rusiyanın Avropaya qaz ötürməsinin əleyhinədir. Rusiyanın bunu "Cənub axını" ilə reallaşdırmaq istəməsinin əsas səbəbi də budur. Fransanın bu işdə təcrübəli şirkəti var. Ancaq bir müddət öncə Fransa "Mistral" gəmisinin Rusiyaya verilməsindən imtina etdi. Ona görə də indi bu məsələ sual altında qalır.

Maraqlı məqam isə odur ki, Rusiya belə bir boru xəttini gerçəkləşdirərəsə, bu, Azərbaycanın da xeyrinə olacaq. Belə olan halda Rusiya qazı Qara dənizdən keçirdikdən sonra Yunanıstana deyil, TANAP-a ötürsəydi,Azərbaycan üçün çox uduşlu olardı. Nəticədə Rusiya qazı TANAP vasitəsilə Yunanıstana, sonra isə Avropaya veriləcək. Ancaq bu, Avropa üçün sərfəli olmasa da, Azərbaycana Rusiya qazı üzərində söz sahibi haqqını tanıyacaq. Bundan istifadə etməklə də Rusiyaya Qarabağ məsələsində təzyiq imkanı qazana bilərik. Hesab edirəm ki, Azərbaycan belə bir varianta nail ola bilərsə, çox faydalı olar".

F.Mehdiyev sözügedən məsələdə Azərbaycanın seçim məsələsinə də aydınlıq gətirdi:

"Biz Qərbin layihələrində iştirak edəcəyik. Çünki Qərb də bunu istəyir. Avropa üçün vacib olan Rusiyadan olan asılılığına son qoymaqdır. Burada da Azərbaycan alternativ kimi görülür. Rusiyaya gəldikdə isə Bakının rəsmi Moskva ilə ortaq bir layihəsi yoxdur. Azərbaycan enerji bazarında Rusiyaya rəqibdir. Rusiyanın Türkiyə üzərindən boru xətti layihəsinə qoşulacaq türk şirkətlərindən danışılır. Ancaq Azərbaycan şirkətinin adına rast gəlməmişik. Rusiyadan başlayıb Yunanıstana qədər gedən boru xətti Azərbaycana sərf etmir. Avropa da bunu istəmir. Bizim üçün ən ideal variant çəkiləcək bu xəttin TAP və TANAP üzərindən Yunanıstana, sonra isə Avropaya ötürülməsidir. Əslində, TANAP layihəsi ona hesablanıb ki, Türkmənistan qazı Avropaya çatdırılsın. Avropa da məhz bunu istəyir. TANAP-ın həcmi Rusiya qazını da buraya qoşmağa imkan verir. Bunu isə avropalılar istəmir. Çünki belə olduqda Rusiya qazı üzərində söz haqqına sahib olmuş oluruq. O ki qaldı Türkiyəyə, bu layihə Ankaraya hər iki halda sərf edir".

Tarix
2014.12.05 / 09:15
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyevdən COP29-la bağlı açıqlama

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Qarabağ həmişə Azərbaycanın olub - Simonyan

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla