Yuxarı

Neftin kəskin ucuzlaşma səbəbi: Gizli sövdələşmə... - Video

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:57

ABŞ və İran arasında gedən gizli danışıqlar dünyada neftin ucuzlaşmasına gətirib çıxarır.

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli son günlər neftin qiymətinin kəskin ucuzlaşmasının səbəbləri haqqında danışarkən deyib.

O bildirib ki, neftin qiymətinin enməsinin əsas səbəbindən biri dünyada gedən iqtisadi savaşlardır:

“Neftin qiymətinin aşağı düşməsinin əsas səbəbi dünyada davam edən ticarət müharibələridir. ABŞ və Çin arasında olan ticarət müharibəsinin pik həddə çatması qiymətlərə çox ciddi təsir etdi. Dünyada ticarət müharibələri genişləndikcə, gömrük rüsumları və vergi dərəcələri artdıqca iqtisadi artım azalır və bu da neftə tələbatı azaldır. Bunun nəticəsi olaraq, bu gün dünya bazarında neftin qiymətində kəskin ucuzlaşma gedir. Daha bir səbəb ondan ibarətdir ki, hələ təsdiq olunmamış məlumatlara görə, ABŞ və İran arasında artıq gizli danışıqlar başlayıb. Hesab edirəm ki, iki ölkə arasında olan gərginliyin aradan qalxma ehtimalı psixoloji olaraq neftin qiymətinə mənfi təsir edir”.

İqtisadçının sözlərinə görə, neftin qiymətinin artmasına ancaq hərbi gərginliklər səbəb ola bilər:

“Neftin qiymətinin iqtisadi səbəblərdən dolayı yaxın zamanlarda qalxması gözlənilmir. Lakin siyası bəyanatlar və hərbi gərginlik hər zaman neftin qiymətinə ciddi təsir göstərir. Hesab edirəm ki, bu dəfə də belə gərginlik yaşanarsa, neftin qiyməti yenidən artacaq. Məsələn, İranla Səudiyyə və ya ABŞ-la İran arasında siyasi gərginlik artarsa, neftin qiyməti hətta 100 dolları da keçə bilər. Həmçinin OPEK ölkələri sözlü müdaxilələrlə hasilatı azaldacaqları ilə bağlı bəyanatlar versə, bu da neftin qiymətinə təsir edə bilər”.

İqtisadçı neftin qiymətinin enməsinin Azərbaycan iqtisadiyyatına olan ziyanı haqqında da danışıb:

“Azərbaycanın dövlət büdcəsində neft qiyməti 60 dollardan hesablanıb və buna görə də 60 dollara qədər olan qiymət bizim iqtisadiyyatımıza təsir göstərməyəcək. Həmçinin Azərbaycan Neft Fondunda əlavə vəsaitlərin olması hətta 58 dollara qədər ucuzlaşmanın ölkə iqtisadiyyatı üçün mənfi təsirlərin yaranmasının qarşısını alacaq. Lakin buna baxmayaraq, belə hallar psixoloji gərginliyə səbəb ola bilər. Bu, əsasən də bank sektorunda daha çox hiss olunar.

Lakin neftin qiymətinin 58 dollar və ya daha aşağı düşməsi iqtisadiyyatımıza təsir göstərəcək”.

Qeyd edək ki, “Brent” markalı neft son 4 gün ərzində 10 dollara yaxın ucuzlaşıb və hazırda 61 dollar civarındadır.

Tarix
2019.06.03 / 16:01
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Azərbaycan müdafiə xərclərini artırır - MN

Xəzər dənizi ilə bağlı kritik görüş

Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi

Ağalarovun restoranında toy edən məmur işdən çıxarıldı

Bayramov özbəkistanlı həmkarı ilə görüşdü

Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər?

Qətərə edilən son hava hücumu... - Ceyhun Bayramov

Leyla Əliyevanın təşəbbüsü ilə yeni layihə işə başladı

Rusiya Ermənistana qaz nəqlini dayandırır - Səbəb

70 kq qızılla saxlanılan Məmmədovla bağlı yeni qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla