Yuxarı

Bank sektorunda durum və dövlətin addımları... - Eks-nazir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 14 il ərzində ölkədə nağdsız hesablaşmaların genişləndirilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilib. Məqsəd ödəniş sistemində mövcud vəziyyəti əsaslı şəkildə dəyişdirmək və bu sahədəki durumu inkişaf etmiş ölkələrdə formalaşmış səviyyəyə çatdırmaqdır.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq maliyyə naziri, professor Fikrət Yusifov deyib. O bildirib ki, ölkə iqtisadiyyatının nağdsızlaşdırılması kölgə iqtisadiyyatının aradan qaldırılmasında və vergidən yayınma hallarının qarşısının alınmasında mühüm rol oynayacaq:

“Nağdsız ödənişlər sahəsində mühüm addım Prezident İlham Əliyevin 2004-cü il 9 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007- ci illər üçün Dövlət Proqramı” və “Azərbaycan Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2005-ci il 22 noyabr tarixli sərəncamı ilə atılıb. 2016-cı ilin dekabr ayında qəbul edilən və 2017-ci il yanvar ayının 1-dən qüvvəyə minən “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu” isə bu sahədə yeni bir dönüşün başlanğıcını qoyub. Qəbul edilmiş bu qərarların və ötən ilin əvvəlindən tətbiq edilən “Nağdsız hesablaşmalar haqqında Qanun”un məntiqi nəticəsi bundan ibarət oldu ki, 2017-ci ildə ölkədə Milli Ödəniş Sistemi vasitəsilə aparılan nağdsız hesablaşmaların həcmi son 5 illə müqaisədə 77 faizə qədər artıb. Ötən ilin sonlarında Prezident İlham Əliyev “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nı təsdiq edib. Bu vacib sənəd Prezidentin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası məqsədilə hazırlanıb”.

Fikrət Yusifov rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramına biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişləndirilməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və bu hesaba bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi kimi zəruri hədəflər daxil olduğunu bildirib:

“Bu gün ölkənin bank sektorunun canlandırılması və bu məqsədlə bankların resurs imkanlarının genişləndirilməsi yolu ilə onların maliyyə vəziyyətinin sabitləşdirilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Son bir neçə il ərzində bank sektorunda durum bir xeyli ağırlaşıb. Bunun məntiqi nəticəsidir ki, bir neçə il ərzində ölkədə 11 bank bağlanıb. Hazırda da bir sıra bankların maliyyə durumu ürəkaçan deyil. Bank sektorunda ciddi islahatlar bu sahədə vəziyyəti tənzimləməyin yeganə doğru yoludur. Elə bu səbəbdəndir ki, dövlət bank sektorunun dirçəldilməsi və bu sektorun fəaliyyətinin ölkədə aparılan iqtisadi islahatlar səviyyəsində qurulması üçün ən zəruri addımlar atır. Hökumət postneft dönəmində bankların normal durumda olmasının fərqindədir və bu məqsədlə onlara hərtərəfli dəstək verir. Hazırda banklar resurs imkanlarını genişləndirərək ölkə iqtisadiyyatının real sektoruna üz tuturlar”.

Professor onu da qeyd edib ki, sənədin müvafiq bəndində 2020-ci ilə qədər sadələşdirilmiş vergi sisteminin tədricən əlavə dəyər vergisi sistemi ilə əvəzlənməsi nəzərdə tutulur:

“Bu məqsədlə təsərrüfat subyektlərinin sadələşdirilmiş vergi sistemindən ƏDV sisteminə mərhələli keçid mexanizmi hazırlanacaq. Müxtəlif sektorlar və ölçüsündən asılı olaraq təsərrüfat subyektləri üçün mərhələli yanaşma planı tərtib ediləcək. Keçiddən sonra isə əlavə dəyər vergisinin müəssisə və təşkilatların fəaliyyət istiqamətləri və xüsusiyyətləri nəzərə alınmaqla diferensiallaşdırılması məsələsinə baxılacaq. Proqramda ölkədə biznes fəaliyyətinin şəffaflığını təmin edəcək ən mühüm addımlardan biri isə vahid mühasibatlıq sisteminə keçid və elektron mühasibatlığın genişləndirilməsi üzrə tədbirlərin nəzərdə tutulmasıdır. Bu da öz növbəsində biznes mühitinin daha da şəffaflaşdırılması və vergi sisteminin təkmilləşdirilməsi üçün olduqca vacib məsələdir. Bir sözlə, ölkə iqtisadiyyatının nağdsızlaşdırılması nəticə etibarilə iqtisadiyyatda şəffaflığı təmin etməklə yanaşı, biznes mühitinin əsaslı şəkildə yaxşılaşdırılmasına, onun daha münbit bir səviyyəyə yüksəlməsinə geniş imkan açacaq”.

Tarix
2019.07.04 / 09:22
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla