Yuxarı

Bakı və Tiflis birgə müəssisələr yarada bilər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı və Tiflis birgə müəssisələr yarada bilər

Ötən il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri artaraq 580 milyon ABŞ dollarına çatıb. Hazırda Gürcüstanda 700-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir. İndiyə qədər Azərbaycan şirkətləri Gürcüstan iqtisadiyyatına 3,2 milyard dollar investisiya yatırıb və onlar qonşu ölkədə əsas vergi ödəyicilərindəndir.

İqtisadiyyat Nazirliyindən Axar.az-a verilən məlumata görə, bunu nazir Şahin Mustafayev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.

Nazir həmçinin deyib ki, Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti fəaliyyət göstərir.

"Ölkələr arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Cənub-Qərb və digər beynəlxalq tranzit dəhlizlərinin inkişafında fəal əməkdaşlıq edir. Səmərəli əməkdaşlığın nəticəsidir ki, Azərbaycan və Gürcüstan ərazisindən keçən tranzit yükdaşımaların həcmi artır və birgə tədbirlərin həyata keçirilməsi yükdaşımaları daha da artıra bilər", - Ş.Mustafayev əlavə edib.

N.Turnava isə bildirib ki, Azərbaycan regionda və dünyada nüfuzlu dövlətdir və ölkəsi Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. O, Azərbaycanın Gürcüstanla mühüm əhəmiyyətli regional və qlobal layihələrdə birgə iştirakını, Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına iri həcmli investisiyaların yatırıldığını qeyd edib. Gürcü nazir qarşılıqlı sərmayə qoyuluşları üçün böyük potensialın olduğunu vurğulayıb, Azərbaycan şirkətlərinin Gürcüstanda həyata keçirilən layihələrdə iştirakı üçün imkanları diqqətə çatdırıb, iqtisadi-ticarət əməkdaşlığının inkişaf istiqamətlərı barədə fikirlərini bölüşüb.

Görüşdə ticarət, o cümlədən Azərbaycanın sənaye məhsullarının Gürcüstan bazarına daha geniş çeşiddə və həcmdə çıxarılması, qarşılıqlı investisiya qoyuluşu, birgə müəssisələrin yaradılması, kiçik və orta biznes subyektləri arasında əlaqələr, nəqliyyat-tranzit, alternativ və bərpa olunan enerji, turizmin təşviqi və müştərək turizm marşrutlarının yaradılması, biznes forum və işgüzar görüşlərin təşkili və s. məsələlər müzakirə olunub.

Tarix
2019.09.18 / 00:11
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla çox vacib razılığa gəldik

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

Rusiyadan İrana göndərilən yardım "Qaradağ"a çatdı

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

Heç kəs xəyal etmirdi: İran gözləntiləri darmadağın etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla