Yuxarı

“Neftlə davranışımızı 70 il sonra vəhşilik sayılacaq”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Artıq hər kəsə bəllidir ki, bəşəriyyətin neft kimi zəngin bir təbii xammaldan bugünədək yanacaq kimi istifadəsi barbarlıqdan başqa bir şey deyil".

Axar.az xəbər verir ki, bu açıqlama ilə politoloq Ərəstun Oruclu çıxış edib. O, artıq dünya dövlətlərinin yaxın dövrdə tamamilə qeyri-neft sektoruna keçəcəyini bildirib:

"Hindistanın "The Energy and Resources Institute (TERI)" adlı araşdırma mərkəzinin aparıcı əməkdaşı bildirir ki, 2025-2030-cu ilədək Hindistan iqtisadiyyatı xeyli dərəcədə qeyri-neft enerji mənbələrinə keçəcək. Çin özünün 2011-2015-ci illəri əhatə edən beşillik planında iqtisadiyyatın qeyri-neft enerji mənbələrinə yönəldilməsinə nəzərəçarpacaq dərəcədə investisiyalar tətbiq edib ki, nəticədə son illər ərzində dünyanın ən sürətlə böyüyən iqtisadiyyatının karbohidrogen mənşəli (neft, qaz) enerji mənbələrinə tələbatı azı 3 faiz azalıb. BP rəhbəri Robert Dadli bildirir ki, neftin bugünkü qiyməti yaxın 2-3 il ərzində dəyişməyəcək. Amma Robert Dadli sonra nə olacağını demir. Yəni dəyişmə təkcə artım demək deyil... İki yapon avtomobil konserni (Toyota və Honda) bu ildən etibarən hidrogen mühərriki ilə təhciz olunmuş avtomaşınların kütləvi istehsalına başlayıb.
Bu gün dünyanın azı 3 elmi mərkəzində güclü və eyni zamanda da tam təhlükəsiz termonüvə (hidrogen) reaktorlarının yaradılması prosesi başa çatmaq üzrədir".

"Bütün bunlar nə deməkdir: neftin, qazın qiymətinin bir daha artmayacağı, yoxsa ümumiyyətlə, neft erasının bitməsinin başlanğıcı? Artıq hər kəsə bəllidir ki, bəşəriyyətin neft kimi zəngin təbii xammaldan bugünədək yanacaq kimi istifadəsi barbarlıqdan başqa bir şey deyil. Neft-kimya sənayesinin hətta bugünkü inkişaf səviyyəsində bu xammaldan ərzaq məhsulları da daxil olmaqla 30 min adda müxtəlif son məhsul almaq mümkündür. Təkcə son 10-15 ilin elmi-texnoloji inkişaf templəri göstərir ki, ən yaxın illərdə dünya prinsipial olaraq yeni bir inkişaf mərhələsinə keçə bilər. 60-70 ildən sonra isə yəqin ki, insanlar bizim neftlə bugünkü davranışımızı "vəhşilik" adlandıracaq".

Tarix
2015.01.25 / 14:00
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla