Yuxarı

Neftin ucuz qalmasında ciddi məqamlar

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neftin qiymətinin aşağı düşməsi praktik olaraq iki səbəbdən qaynaqlanır: Siyasi və iqtisadi".

Bu sözləri Axar.az–a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov Səudiyyə Ərəbistanının neftin qiymətini aşağı saxlaması fonunda güddüyü iqtisadi maraqları şərh edərkən deyib.

İqtisadçının sözlərinə görə, bu gün Səudiyyə Ərəbistanı neftin qiymətinin azalmasına olan köməyini geosiyasi səbəblərlə deyil, sırf iqtisadi səbəblərlə bağlayır:

"Bunun iqtisadi tərəfi ondan ibarətdir ki, Səudiyyə Ərəbistanı ABŞ kimi bazarını itirməkdən ciddi şəkildə ehtiyatlanır. ABŞ bu ölkə üçü ən böyük bazardır. Nəzərə alsaq ki, ABŞ ötən müddətdə birmənalı şəkildə öz idxalını şaxələndirə bilib. Bu da öz növbəsində ABŞ-a imkan verir ki, daxili bazarındakı aktyorlara (neft idxal etdiyi ölkələrə) təsir göstərə bilsin. Ölkənin aylıq istehlakı 600 milyon barreldir və bunun 300 milyonu yerli istehsal hesabına, digər 300 milyonu isə idxal hesabına ödənilir. Hazırda heç bir ölkənin məhz ABŞ-ın idxalında 20 faizə çatan payı yoxdur. Ən çox paya Kanada (17 faiz), ikinci böyük paya isə Səudiyyə Ərəbistanı (12 faiz) malikdir. Buna görə də iqtisadi baxımdan ABŞ praktik olaraq bir idxalçını çıxartmaq və digərlərindən sadəcə 1 faiz artırmaqla idxalı bütövlükdə stabil saxlamaq imkanına malikdir. Bu, ABŞ-a ixracatçı ölkələrə, o cümlədən də iqtisadi tərəfdən Səudiyyə Ərəbistanına təsir göstərməyə imkan verir".

V.Bayramov bildirib ki, bu gün Səudiyyə Ərəbistanının neftin qiymətini bilərəkdən aşağı saxlamasının arxasında çox ciddi məqamlar dayanır:

"Yəni əgər neftin dünya bazarındakı qiyməti yüksək olarsa, ənənəvi neftə olan tələbat azalar və praktik olaraq həmin bazarı ABŞ-ın şist neft bazarı tuta bilər. Qeyd edim ki, ABŞ hazırda şist (Slans) neftinin istehsalını artırmağı planlaşdırır. Məhz bu səbəbdən də Səudiyyə Ərəbistanı neftin qiymətinin yüksəlməsində heç maraqlı deyil. Başqa bir mühüm məqam isə sözsüz ki, tələbatın azalması ilə bağlıdır. Ancaq reallıq ondan ibarətdir ki, bu gün neftin dünya bazarındakı qiymətinin aşağı düşməsində yalnız iqtisadi deyil, siyasi səbəblər də öz rolunu oynamaqdadır".

Tarix
2015.01.28 / 10:22
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla