Yuxarı

“Rusiyanı qaz da xilas etməyəcək” – Rəy

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyanın iqtisadi müstəvidə heç bir sərt addım atmaq imkanı yoxdur".

Bunu Axar.az-a açıqlamasında İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu Rusiyanın Baş naziri Dmitri Medvedyevin "Rusiya SWIFT sistemindən çıxarıldığı halda cavabımız çox ağır olacaq" sözünə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, artıq Rusiya iqtisadiyyatı ona tətbiq olunan sanksiyalardan sonra yetərincə zəifləyib:

"Müxtəlif sektorlar üzrə sanksiyalardan sonra beynəlxalq ödəmə sistemindən çıxarılması Rusiyanın ümumiyyətlə dünya iqtisadiyyatından təcrid olunması deməkdir. Bu, Rusiya şirkətlərinin səhmlərinə, ölkənin maliyyə bazarlarına çox ciddi zərbə olar. Rusiyanın isə buna cavab verməsi iqtisadi cəhətdən mümkün deyil. Cavab vasitəsi kimi Rusiyanın əlində bircə Avropa ölkələrinin əksəriyyətini təmin etdiyi qaz var. Amma qaz da elə bir məhsuldur ki, onu yığıb saxlamaq mümkün deyil və Rusiya onu satmaq məcburiyyətindədir".

Qeyd edək ki, Avropa İttifaqı Xarici İşlər nazirləri yanvarın 29-da Brüsseldə keçiriləcək görüşdə Rusiyanın SWIFT beynəlxalq ödəmə sistemindən çıxarılması məsələsini müzakirə edəcək. Buna münasibət bildirən Baş nazir Dmitri Medvedyev isə ölkəsinin verəcəyi cavabın çox sərt olacağını bildirib.

Xatırladaq ki, SWIFT sistemi hazırda qlobal maliyyə axınlarını tənzimləyən əsas sistemdir və bu sistemə daxil olmayan banklar xarici hesablar üzrə əməliyyat apara bilməz.

Tarix
2015.01.29 / 09:59
Müəllif
Təranə Səfərova
Şərhlər
Digər xəbərlər

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

Azərbaycan-Slovakiya sənədləri imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla