Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
6 Dekabr 2019


Kapital Bank Naxçıvandakı filiallarını yeniləməyə davam edir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Daha öncə məlumat verildiyi kimi cari ildə Bankın Naxçıvan Muxtar Respublikası ərazisində olan filiallarında biznes proseslərin və filialların transformasiyası layihəsini həyata keçirilir. Layihə çərçivəsində bütün filiallarda 5 ay ərzində biznes proseslər optimizasiya olunub, 4 filialda əsaslı yenidənqurma işləri artıq yekunlaşıb, o cümlədən digər 4 filialda işlər davam etməkdədir.

Axar.az xəbər verir ki, hazırki mərhələdə layihə çərçivəsində Kapital Bank-ın Naxçıvan və Culfa filialları əsaslı təmir olunaraq, müştərilərin istifadəsinə verilib. Naxçıvan filialı, Naxçıvan MR, Nахçıvаn şəhəri, İstiqlаl küçəsi 85, Culfa filialı isə Culfа şəhəri, H.Əliyеv prospеkti 43 ünvanında yerləşir. Filiallar müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Kapital Bank-ın Naxçıvan və Culfa filialları, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Ötən illər ərzində 50-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 25-dən çox yeni filial və şöbə istifadəyə verilib. Bundan əlavə cari il ərzində Bakı, region və Naxçıvan MR əraziləri üzrə 9 filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 5 yeni struktur bölmə (şöbə və filial) istifadəyə verilib. Eyni zamanda transformasiya layihəsinin davam olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2019.11.19 / 10:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kapital Bank yenilənən Cəlilabad filialını istifadəyə verdi

Dolların bugünkü məzənnəsi

Əhaliyə 4 milyard manatlıq xidmət göstərildi

Sahibkarlar Kapital Bankı tövsiyə edir

Bakı nefti kəskin bahalaşdı

Almaniya Rusiya səfirinə nota təqdim etdi

Dollara tələb artdı: manatın taleyi… - Ekspert

Neft bahalaşdı

Neft Fondu 1 ayda 540 milyon dollar satdı

Neftin brendi “Brent” tükəndi

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla