Yuxarı

Bu layihə Avropaya yeni bir nəfəs gətirəcək - Professor

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu layihə Avropaya yeni bir nəfəs gətirəcək - Professor

Bu gün Türkiyənin Ədirnə vilayətində TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılması Avrasiya üçün tarixi hadisədir. TANAP və TAP xətlərinin birləşməsi Avropanın təbii qazla təmin edilməsində Azərbaycanın tədarükçü tərəf kimi başlıca aktora çevrilməsini təmin edəcək.

Axar.az xəbər verir ki, bu fikri layihənin əhəmiyyətini Azərtac-a şərh edən Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver səsləndirib.

Professor A.Suver belə bir tarixi hadisəyə şahidlik etməkdən qürur duduğunu söyləyib:

“Bu gün bir türk əsilli ziyalı olaraq türk dünyasının işıqlı gələcəyinə gedən yolu seyr etməkdən qürur duyuram. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Ədirnədə təntənəli bir mərasimin şahidi olduq. Trans-Anadolu təbii qaz boru kəməri və “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşməsindən yaranan xətt Yunanıstan, Albaniya və Adriatik dənizini keçərək İtaliyaya çatacaq. Beləliklə də avropalı istehlakçılar Azərbaycan qazı alacaqlar. Bu, Avropaya yeni bir nəfəs gətirəcək. Bundan başqa, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına yeni bir güc qatılacaq”.

Son 16 ildə Azərbaycandan Türkiyəyə fasiləsiz olaraq qaz nəql edildiyini vurğulayan professor Akkan Suver bildirib ki, TANAP və TAP xətlərinin birləşməsi Rusiya ilə tranzit ölkələr arasında tarazlaşdırıcı vəziyyətin qorunmasına da müsbət təsir göstərəcək. Türkiyə ərazisində 1850 kilometr məsafədə uzanan TANAP Azərbaycan ilə Türkiyə arasındakı strateji əməkdaşlığın növbəti uğurlu nəticəsi kimi tarixə yazılmaqla bərabər, yeni layihələr üçün də qapı açacaq.

Tarix
2019.11.30 / 20:09
Müəllif
Axar.az
Digər xəbərlər

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla