Yuxarı

Azərbaycanda 3 pulköçürmə sistemi dayandırıldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda 3 pulköçürmə sistemi dayandırıldı

Bu günlərdə Mərkəzi Bank tərəfindən "Zolotaya Korona" təcili pulköçürmə sisteminin Azərbaycanda istifadəsinə tam qadağa qoyulacaq.

Axar.az xəbər verir ki, artıq bütün banklara bununla bağlı bildiriş göndərilib. Bildirişə əsasən, fevralın 18-dən digər banklar da "Zolotaya Korona" təcili pulköçürmə sistemi ilə əməkdaşlığı dayandıracaq.

Qadağaya səbəb sözügedən pulköçürmə sisteminin Azərbaycan respublikasının işğal altında olan ərazilərində qanunsuz fəaliyyət göstərməsidir. Bu səbəblə də Mərkəzi Bank tərəfindən qəbul olunmuş qərara əsasən, ölkə banklarının "Zolotaya Korona" pulköçürmə sistemi ilə əlaqəsi sabahdan etibarən tam dayandırılacaq.

Məsələ ilə bağlı əlaqə saxladığımız, bu günə qədər "Zolotaya Korona" pul köçürmə sistemi ilə əməkdaşlıq edən banklar da məlumatı təsdiqlədi.

"Turanbank"dan Axar.az-a "Zolotaya Korona" pulköçürmə sistemi ilə əməkdaşlığın dayandırılması üçün Mərkəzi Bankdan göstəriş gəldiyini bildirdilər. Əlavə etdilər ki, bununla bağlı ötən il xəbərdarlıq edilib və bu ildən etibarən əməkdaşlıq dayandırılıb.

"Parabank"dan da sözügedən pulköçürmə sistemi ilə artıq əməkdaşlığı dayandırdıqlarını bildirdilər.

"Zaminbank"dan isə fevral ayının 18-dən etibarən "Zolotaya Korona" ilə əməkdaşlığın dayandırılacağını söylədilər.

"Fins.az" saytının yaydığı məlumata görə, bu günlərdə Mərkəzi Bank tərəfindən "Sigue" (keçmişdə COINSTAR) və "İntelexpress" sisteminin də Azərbaycanda istifadəsinə qadağa qoyulacaq. Bu qadağanın da 18 fevraldan qüvvəyə minəcəyi gözlənilir. ABŞ-ın "Sigue" təcili pulköçürmə sistemi 1996-cı ildən fəaliyyət göstərir.

Qeyd edək ki, 2014-cü il yanvar ayının 15-dən etibarən ölkənin 13 aparıcı bankı "Zolotaya Korona" pulköçürmə sistemi üzrə xidmət göstərməyi dayandırmışdı. Səbəb olaraq "bankların "Zolotaya Korona" sistemi vasitəsilə həyata keçirdiyi əməliyyatların aşağı gəlirliliyi və əməkdaşlıq səmərəliliyinin az olması" göstərilmişdi.

Tarix
2015.02.17 / 15:31
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla