Yuxarı

Bu bank əmanətlərin illik faiz dərəcəsini artırdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu bank əmanətlərin illik faiz dərəcəsini artırdı

"DəmirBank" "Əmanət çeşidi" proqramı üzrə əhaliyə təklif edilən "Göy" və "Qırmızı" əmanət növlərinin illik faiz dərəcələrini artırıb.

"DəmirBank" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Təhminə Paşayevanın Axar.az-a verdiyi məlumata görə, hazırda Göy əmanət üzrə illik faiz dərəcələri Azərbaycan valyutası ilə 13.5%, ABŞ valyutası ilə isə 12.5% təşkil edir. Qırmızı əmanət növü üzrə də illik faiz dərəcələri artırılaraq Azərbaycan valyutası ilə 11%, ABŞ valyutası ilə isə 10% olub.

Bankın mütəxəssisi bildirir ki, istənilən şəxs minimum 100 AZN ilkin mədaxil edərək "DəmirBank" filiallarında "Göy" və "Qırmızı" əmanət hesabları açdıra bilər. Maksimum 3 il müddətinə açılan "Göy" və "Qırmızı" əmanət növlərini manat, avro, İngiltərə funt-sterlinqi və ABŞ dolları valyutasında yerləşdirmək mümkündür.

Göy əmanət növünün əsas üstünlükləri əmanət üzrə ən yüksək faiz dərəcələri və hesablanmış faizlərin hər ay ödənilməsi imkanıdır. Qırmızı əmanət növü isə digər əmanətlərdən hesabın 3-cü şəxsin adına açıla bilmə imkanı ilə fərqlənir.

"DəmirBank" Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə "Əmanətlərin sığortalanması haqqında" Qanununun şərtlərinə müvafiq olaraq əhalinin "DəmirBank"da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda isə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12%, kompensasiya məbləği isə 30 000 AZN təşkil edir.

Tarix
2015.02.25 / 12:46
Müəllif
Məmməd
Digər xəbərlər

Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu

Tehran və Bakı ortaq gələcək qurmağa sadiqdir - Arakçı

TRT-dən Heydər Əliyevlə bağlı xüsusi reportaj - Video

Heydər Əliyev xaricdən yazılmış bu ssenarini poza bildi...

XİN Keniyanı Milli Günü münasibətilə təbrik etdi

Heydər Əliyev irad bildirdi ki, bunu niyə vaxtında deməmisən

Bakı Ermənistana yanacaq göndərir? - Qriqoryan

Separatçıların İrəvandakı ofisi bağlanacaq

Tokayev Xəzərə görə dünyaya çağırış etdi

Tokayev: Bakı və İrəvan arasında sülh...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla