Yuxarı

İlk mərhələdə güzəşt kimlərə tətbiq ediləcək? – Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlk mərhələdə güzəşt kimlərə tətbiq ediləcək? – Ekspert

Təklif olunan dəstək paketi müxtəlif sahələri əhatə edir. Xüsusi ilə əhaliyə göstərilən kommunal xidmətdə güzəştlərin olacağı açıqlandı. Əhali üçün elektrik limitinin 100 kilovat artırılması nəzərdə tutulub.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov ölkə başçısının tapşırığı əsasında koronavirus pandemiyası ilə əlaqədar olaraq hazırlanan dövlət dəstəyi proqramları barəsində danışarkən deyib. Ekspert bildirib ki, İqtisadiyyat nazirinin rəhbərliyi altında İşçi Qrupu tərəfindən hazırlanan iqtisadi dəstək paketi ölkə başçısına artıq təqdim olunub:

“İqtisadi dəstək paketi bir çox sahələrə tətbiq ediləcək. Paket pandemiya sonrası iqtisadiyyatda yaranan boşluqları aradan qaldırmaq və minimum zərərlə çıxmağı hədəfləyir. Təklif olunan dəstək paketində ilkin olaraq 300 mindən çox muzdlu işçinin əmək haqqının yarısının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulub. Bu məqsədlə birinci növbədə 500 milyon manat həcmində sahibkarlara dəstək veriləcəyi gözlənilir. Düzdür, bununla bağlı mexanizm detallı açıqlanmayıb, ancaq paketin iş yerlərinin qorunması məqsədilə təklif edildiyi bildirilib.
Digər bir güzəşt isə mikro və makro sahibkarlara tədbiq olunacaq. Bu təklif mikro və makro sahibkaların əlavə dəyər vergisi, mənfəət vergisi, əmlak vergisindən azad olması və ya güzəştlərin edilməsidir. Edilən güzəştlərin həcmi də sahibkarların fəaliyyət sahəsindən asılı olacaq. Misal üçün yeyinti, qida və tibbi ləvazimatlar sahəsində fəaliyyət göstərən sahibkarlara birinci növbədə güzəştlər ediləcəyi gözlənilir”.

Tarix
2020.04.01 / 23:19
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla