Yuxarı

Vahid Ələkbərovdan gələn il üçün bəd proqnoz

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vahid Ələkbərovdan gələn il üçün bəd proqnoz

Rusiyanın "LUKoil" neft şirkətinin prezidenti, azərbaycanlı neft maqnatı Vahid Ələkbərov yaxın 1,5-2 il sonra dünyada neft qıtlığının başlayacağını deyib.

Virtualaz.org xəbər verir ki, Ələkbərov neftin indiki ucuzlaşmasının səbəbini Fars körfəzi ölkələrinin ABŞ-da şist nefti hasilatını sıradan çıxarmaq üçün başlatdıqları müharibənin nəticəsi olduğunu bildirib.

"Bu müharibənin mahiyyəti odur ki, OPEC bazara o qədər Brent markalı neft çıxaracaq ki, ABŞ-ın WTI markalı neftinin hasilatı rentabelli olmasın. Nəticədə hazırda dünyada neft anbarları kəskin ucuzlaşan neftlə doludur. Bu da şübhəsiz ki, nə "LUKoil"u, nə də Rusiyanı qane etmir. Neftin ucuzlaşması rublun dəyərdən düşməsinə gətirib çıxarıb"- deyə V.Ələkbərov bildirib.

"Fikrimcə, bu gün anbarlarda olduqca böyük həcmlərdə neft saxlanılır. Təəssüf ki, bu həcm artır"- deyə "LUKoil" prezidenti əlavə edib.

V.Ələkbərovun sözlərinə görə, bu proses nəticəsində ABŞ-da neft hasilatı kəskin azalır, quyular bağlanır, işçilər ixtisara salınır. Bu da dünyada neft hasilatının azalmasına gətirib çıxarır və 2016-cı ildən etibarən dünyanı yeni neft böhranı gözləyir.

Lakin analitiklər V.Ələkbərovun bu pessimist proqnozu ilə razılaşmır. Belə ki, neftin qiymətinin 60 dollar civarında qaldığı indiki vaxtda WTI markalı neftin hasilatı rentabelli olaraq qalır və hasilatı azaltmaq üçün ciddi səbəb yoxdur.

ABŞ-ın energetika agentliyi EİA isə bu il ölkədə neft hasilatının sutkada 9,3 milyon barrelə qədər artacağını proqnozlaşdırır. Bu, Rusiyanın sutkalıq hasilatına yaxındır.

Tarix
2015.03.20 / 18:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla