Yuxarı

Tiflis Bakıdan qaz idxalını azaltdı - Rusiya amili...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflis Bakıdan qaz idxalını azaltdı - Rusiya amili...

Gürcüstan hökuməti 2020-ci il üçün təbii qazın idxal proqnozuna yenidən baxıb. Nəticədə təbii qazın alınacağı mənbə və həcmlərdə dəyişiklik edilib.

Axar.az xəbər verir ki, Gürcüstan əvvəlcə həm idxal, həm də yerli mənbələrdən 2,573 milyard kubmetr təbii qaz almağı planlaşdırırdı. Lakin yeni proqnozlarda bu rəqəm 2,57 milyard kubmetr nəzərdə tutulub.

Gürcüstan ilkin proqnoza əsasən, Azərbaycandan 2,385 milyard kubmetr qaz idxal etməyi planlaşdırırdı. Bu həcmin 1,511 milyard kubmetri SOCAR-ın, 874 milyon kub metri isə “Şahdəniz” yatağının payına düşürdü.

Yenilənən proqnoza görə, Gürcüstan 2020-ci ildə Azərbaycandan 2,348 milyard kubmetr təbii qaz idxal edəcək. Bunun da 1,465 milyard kubmetri SOCAR-dan, 883 milyon kubmetri isə “Şahdəniz”dən əldə ediləcək.

Digər bir dəyişiklik Gürcüstanın Rusiyadan alacağı təbii qazla bağlıdır. Belə ki, cari ildə Gürcüstanın Rusiyadan 170 milyon kubmetr təbii qaz idxal etməyi nəzərdə tutsa da, yenilənən proqnoza əsasən, bu rəqəm 200 milyon kubmetrə qədər artırılıb.

Tarix
2020.05.25 / 20:11
Müəllif
Axar.az
Digər xəbərlər

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla