Yuxarı

Azərbaycanlı milyarder bir gecədə 200 milyon itirdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı milyarder bir gecədə 200 milyon itirdi

Martın 27-də valyuta bazarlarında dolların qiymətinin ötən günə nisbətən dəyişməsi dünya zənginləri siyahısında olan 15 rusiyalı milyarderdən 9-u üçün itki ilə nəticələnib.

Report-un verdiyi xəbərə görə, bu dəyişiklik nəticəsində ayrılıqda Alişer Usmanovun 58,4 mln. dollar, Sergey Qalitskiyin 54,8 mln. dollar, Aleksey Mordaşovun 40,1 mln. dollar, Viktor Vekselberqin 33 mln. dollar, Vladimir Lisinin 32 mln. dollar və Dmitri Ribolovlevin 1,1 mln dollar, ümumilikdə isə 219,4 mln. dollar itirdikləri qeyd edilir.

Əslən azərbaycanlı olan Rusiya vətəndaşı Vahid Ələkbərovun da daxil olduğu digər 9 milyarder isə ümumilikdə 891,9 mln. dollar itirib.

Ümumi məbləğin 425,8 mln. dollarını təkcə Vladimir Potanin itirib ki, ondan sonra bu siyahıda 202,8 mln. dollar ziyana düşən "Lukoyl"un rəhbəri Vahid Ələkbərov gəlir.

Siyahıda növbəti yerləri 90,9 mln. dollarla Leonid Mexelson, 76,5 mln. dollarla Mixail Proxarov, 49,5 mln. dollarla Andrey Melniçenko, 31,5 mln. dollarla Oleq Deripaska, 9,5 mln. dollarla Roman Abramoviç, 3,5 mln. dollarla Mixail Fridman və 1,9 mln. dollarla German Xan bölüşdürür.

Ümumilikdə isə ötən gecə rusiyalı 6 milyarderin gəliri ilə 9 zənginin itirdikləri arasındakı nisbət onların ümumilikdə 672,5 mln. dollar ziyana düşdüyünü göstərir.

Tarix
2015.03.28 / 20:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla