Yuxarı

Ər-Riyad nefti bahalaşdırır: nə dəyişəcək?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ər-Riyad nefti bahalaşdırır: nə dəyişəcək?

Neft bazarında qiymətlərin artıb-azalmasına dair konkret fikir söyləmək hələ tezdir, çünki qarşıdan sentyabr və oktyabr ayları gəlir. Pandemiyanın ikinci dalğası xəbərdarlığı artıq bir çox ölkəni qabaqlayıcı tədbirlər görməyə vadar edib. Bu isə özlüyündə qiymətlərin yenidən aşağı düşməsi ehtimalını yaradır.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Səudiyyə Ərəbistanının “Saudi Aramko” şirkətinin avqustda neft qiymətlərini qaldırmasını şərh edərkən deyib. O qeyd edib ki, Ər-Riyad neft bazarında qiymətlərin tənzimlənməsinə çalışır:

“Bu gün Səudiyyə Ərəbistanı öz neftini birjalarda müəyyənləşdirilən qiymətlərdən daha ucuz satır. Yəni hazırda spot bazarla fyuçers bazarı arasında ciddi qiymət fərqi qalmaqdadır. Bu mənada düşünmürəm ki, “Saudi Aramko” şirkətinin neft qiymətləri regionlar üzrə qaldırmasının neft bazarına elə də təsiri olsun. Başlıca hədəf spot bazarı ilə fyuçers bazarı arasındakı qiymətlərin yenidən bərabərləşməsidir. Bu, hazırda bütün neft hasilatçısı olan ölkələrin əsas hədəfidir”.

Ekspertin sözlərinə görə, “Saudi Aramko” şirkətinin neft qiymətləri regionlar üzrə qaldırmasının bir sıra səbəbləri var:

“Ər-Riyadın Asiya üçün qiymətləri 1 dollar, Avropanın şimal-qərbi üçün 4 dollar, Amerika üçün isə 0,6 dollar artırmasının əsas səbəbi bu regionların neftə olan tələbatı və logistik xərcləridir. Yəni hansı regionun neftə tələbatı daha çoxdursa və bu regionlara daha tez neft daşına bilirsə, həmin ölkələrdə qiymət nisbətən çox artırılıb. Digər tərəfdən ABŞ üçün qiymətlərin az artırılması diqqət çəkir. Əslində, burada qeyri-adi bir şey yoxdur. Çünki mövcud vəziyyətdə ABŞ-ın kifayət qədər nefti var. Digər tərəfdən hazırda ABŞ tarixində rekord həddə neft ehtiyatı yığılıb. Buna görə də Ər-Riyadın Amerika üçün isə 0,6 dollar artırması düzgün qərardır”.

Tarix
2020.07.07 / 08:30
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Şahramanyan Azərbaycana hansı məlumatları ötürüb? - Yeni faktlar

Əli Əsədov Türkmənistanda səfərdədir

İki gömrük işçisi ölkədən qaçdı - Şok

İlham Əliyev türkmənistanlı həmkarına məktub göndərdi

Siyartodan Azərbaycanla bağlı açıqlama

Usubov oğlunun həbsindən danışdı

Ceyhun Bayramov Macarıstan prezidenti ilə görüşdü

Prezident Türkmənistana onu göndərir

Bakı-İrəvan münasibətlərində ən etibarlı qarant... - Paşinyan

İlham Əliyev Türkmənistana getmir - Səbəbini açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla