Yuxarı

Azərbaycan nefti ucuzlaşdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 2-də 57,91 dollar/barel təşkil edib.

ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Trend-ə verilən məlumata görə, cümə axşamı neftin qiyməti çərşənbə gününə nisbətən nisbətən 0,56 dollar/barel azalıb.

"Azəri Layt" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azəri Layt" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB bazisi üzrə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 2-də 55,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,45 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 2-də 52,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,15 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti aprelin 2-də 54,18 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,39 dollar/barel azdır.

Tarix
2015.04.03 / 20:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla