Yuxarı

Kapital Bank – 146 il sizinlə!

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

24 iyul 1874-cü il ölkənin birinci bankı olan Kapital Bank-ın yaranması günüdür. Azərbaycan Əmanət Bankının hüquqi varisi olan Kapital Bank-ın ilk xidmət məntəqəsi 1874-cü ildə Bakıda əmanət kassası kimi yaradılıb.

Axar.az xəbər verir ki, bu münasibətlə Kapital Bank çoxsaylı müştərilərinə hədiyyə verir. Bunun üçün ölkənin ən məşhur mobil tətbiqi olan BirBank vasitəsilə 24 iyul tarixində istənilən əməliyyat etdikdə, istifadəçilərə əlavə olaraq 1000 “ürək” hədiyyə olunacaq. Sonra həmin bonusları, müxtəlif hədiyyələrə dəyişmək mümkündür.

Qeyd edək ki, Kapital Bank əmanət kassa kimi yarandıqda Uçot Komitəsinin tərkibində Hacı Zeynalabdin Tağıyev, Hacı Baba Haşımov, Hacı Şıxəli Dadaşov kimi tanınmış azərbaycanlılar da təmsil olunurdu. 29 dekabr 2004-cü il tarixindən fəaliyyətini Kapital Bank adı ilə davam etdirən Bank, hazırda ölkə üzrə 100-dən artıq xidmət nöqtəsinə, 3 milyondan artıq fiziki şəxsə, 22 mindən artıq hüquqi şəxsə yüksək səviyyədə bank xidməti göstərir.

Kapital Bank fəaliyyətinin 146-cı il dönümü münasibəti ilə bütün müştərilərini, tərəfdaşlarını və əməkdaşlarını təbrik edir, Kapital Bank-la birgə olduqları üçün təşəkkürünü bildirir.

Tarix
2020.07.24 / 09:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla