Yuxarı

TANAP-ın gündəlik qaz axını maksimum səviyyəyə çatdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
TANAP-ın gündəlik qaz axını maksimum səviyyəyə çatdı

Azərbaycan qazını Avropaya nəql edən Cənub Qaz Dəhlizinin ən uzun hissəsi olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) iyul ayında gündəlik qaz axınına maksimum səviyyəsinə çatdı.

Axar.az Trend-ə istinadla xəbər verir ki, bunu Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönməz bildirib.

O qeyd edib ki, 30 iyun 2018-ci il tarixində TANAP vasitəsilə Türkiyəyə qaz tədarükünün başlanmasından indiyədək bu ölkəyə təxminən 6,2 milyard kubmetr qaz verilib.

"30 iyun 2018-ci ildə gündəlik 4.7 milyon kubmetr qaz axını ilə başladıq. Bu həcm tədricən artmağa doğru getdi. 1 iyul 2019-cu ildə 11.3 milyon kubmetrə çatdı və 1 iyul 2020-ci ildə maksimum 17 milyon kubmetr səviyyəsinə çatdıq", - nazir qeyd edib.

Dönməz TANAP-ın Avropada enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Xatırladaq ki, TANAP qaz boru kəmərinin birinci hissəsinin (Faza-0) istismara verilməsi 12 iyun 2018-ci ildə Türkiyənin Eskişehir vilayətində baş tutub və 2018-ci il iyunun sonundan etibarən Türkiyəyə ticari qaz tədarükü başlayıb.

TANAP-ın ikinci hissəsinin (Mərhələ-1) açılış mərasimi 30 noyabr 2019-cu ildə Türkiyənin Ədirnə əyalətinin İpsala bölgəsində baş tutub.

Yunanıstan sərhəddinə yaxın olan bu ərazidə TANAP Transadriatik Boru Kəməri (TAP) ilə birləşdirilir, bu ərazidən Azərbaycandan təbii qaz Avropa ölkələrinə veriləcək.

Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəmərinin ilkin gücü ildə 16 milyard kubmetr qaz təşkil edir ki, bundan təxminən altı milyard kubmetri Türkiyəyə, qalan hissəsi Avropaya tədarük ediləcək. TAP qurulduqdan sonra isə qaz 2020-ci ilin sonlarında Avropaya axmağa başlayacaq.

TANAP səhmdarlarının pay bölgüsü belədir: Cənub Qaz Dəhlizi QSC - 51 faiz, SOCAR Turkey Enerji - yeddi faiz, Botaş - 30 faiz, BP - 12 faiz.

Tarix
2020.08.06 / 10:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

Prezidentin Xanobaya səfəri ilə bağlı paylaşım... - Video

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya edildi

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Bu, böyük xoşbəxtlikdir - İlham Əliyev

Laricani öldü - İranda nə dəyişəcək?

İranın Azərbaycandakı səfirinin evi vuruldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla