Yuxarı

“ABŞ bu imkandan istifadə edəcək”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“ABŞ bu imkandan istifadə edəcək”

"ABŞ-ın indiki halda neftin qiymətinə təsir imkanları xeyli böyükdür və görünür, bundan hələ uzun müddət yararlanacaq".

Bu barədə Axar.az-a iqtisadçı ekspert Vüqar Bayramov açıqlama verib. O bildirib ki, ABŞ-ın neftin qiymətinə birmənalı təsiri və siyasi faktorların geniş vüsət aldığı indiki dövrdə qiymətlə bağlı proqnozlar heç də ürəkaçan deyil:

"Hazırda neftin qiyməti olduqca aşağıdır və bu da neft istehsalçısı ölkələrinin marağına uyğun deyil. Neftin mövcud qiyməti bu ölkələrin gəlirlərinin azalmasına gətirib çıxarıb. Bu məqamı nəzərə aldıqda, sözsüz, istehsalçıların neftin qiymətinə xeyli dərəcədə təsir imkanları var. OPEK-in hasilatın azaldılması ilə bağlı qərar qəbul etməsi neftin dünya bazarında qiymətinin yüksəlməsinə gətirib çıxara bilər. Ancaq hələlik OPEK bu qərarı qəbul etmir. Ona görə də hələlik neftin qiyməti mövcud intervalda dəyişəcək. Kəskin artımlar proqnozlaşdırılmır. Güman olunur ki, neftin qiyməti bir müddət təxminən 60 dollar civarında olacaq. Qeyd edim ki, əgər qarşıda İran bazara daha çox neft çıxararsa və bu ölkəyə qarşı sanksiyalar ləğv olunarsa, o zaman neftin dünya bazarında qiyməti yay aylarında artımla deyil, azalma ilə əvəz oluna bilər. Mövcud vəziyyət onu göstərir ki, neftin dünya bazarında qiymətinin növbəti dövrlərdə müəyyən dərəcə stabilləşməsi, eyni zamanda, ABŞ-İran münasibətlərindən asılı olaraq qiymətin dəyişəcəyi proqnozlaşdırılır. Ancaq hələlik kəskin artımlar proqnozlaşıdırılmır".

Tarix
2015.04.16 / 08:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ermənistan əhalini sərhədə köçürür: Bu ərazilər qaytarılacaq

İran 10 bəndlik sülh təklifini təqdim etdi - Nələr var?

Ukrayna rus ordusundan əsir götürdü, Azərbaycana verdi

Prezidentdən Tiflis səfəri ilə bağlı - Videoçarx

Başçı Ülviyyə Əliyevanı işdən çıxartdı

İlham Əliyevin Tiflis səfəri başa çatdı

Bakıda bu evlərin qiyməti kəskin düşəcək

Azərbaycanda dollar ucuzlaşdı

İlham Əliyev İvanaşvili ilə görüşdü

Mehriban Əliyevanın şərəfinə Tiflisdə lanç verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla