Yuxarı

SOCAR-la DESFA arasında anlaşılmazlıq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR-la DESFA arasında anlaşılmazlıq

Avropa Komissiyasının rəqabət üzrə direktorluğu SOCAR-ın DESFA-nın səhmlərinin 66% alması sövdələşməsini ilin sonuna qədər təxirə salıb.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyasının direktorluğu bu məsələni öyrənməyə davam edir:

"Bizim işçi qrupu onların suallarına cavab verir. Əsas məsələ bu sövdələşmənin Aİ-nın üçüncü enerji paketinə uyğun olub-olmamasıdır".

Qeyd edək ki, daha əvvəl Avropa Komissiyası razılaşmanın nəzərdən keçirilməsi dövrünü 2015-ci il martın 23-dən 2015-ci il aprelin 22-dək uzadıb.

AB-nin antiinhisar orqanları SOCAR-ın DESFA-nı alması sövdələşməsini yoxlamağa başlayıblar. Avropalı məmurlar bu sövdələşmənin Yunanıstan bazarında rəqabəti azaldacağından ehtiyat edir.

Xatırladaq ki, SOCAR DESFA şirkətinin üçdə iki hissəsini 400 milyon dollara almaq istəyir.

Tarix
2015.04.29 / 18:28
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla