Yuxarı

Əliyev bu prosesə illərdir hazırlaşırdı – Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev bu prosesə illərdir hazırlaşırdı – Ekspert

Azərbaycanın iqtisadi potensialının yüksək səviyyədə olması ölkənin Ali Baş Komandanı, Prezident İlham Əliyevin həm hərbi, həm diplomatik, həm də iqtisadi sahədə düşünülmüş siyasətinin nəticəsidir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadiyyat üzrə ekspert Pərviz Heydərov Azərbaycanın iqtisadi uğurlarının cəbhədəki proseslərə təsiri barədə danışarkən deyib.

“Azərbaycan öz ərazilərinin 30 il ərzində işğal altında qalmasına dözüm nümayiş etməklə yanaşı, iqtisadi gücünü artırmasının da qayğısına qalıb. Ümummilli lider Heydər Əliyev, daha sonra isə İlham Əliyev məhz bu gücün hesabına ordu quruculuğuna böyük diqqət ayırıb və bu sahədə böyük nailiyyətlər əldə edib”, - iqtisadçı bildirib.

Ekspertin sözlərinə görə, Azərbaycanla Ermənistanın iqtisadi potensialının müqayisəsi mümkün deyil:

“İqtisadi göstəricilərə görə, düşmən ölkə ilə müqayisədə Azərbaycanın ən zəif göstəricisi belə 3-4 dəfə yüksəkdir. Bu da əlbəttə ki, Azərbaycanın əldə etdiyi iqtisadi uğurların, dövlətin həyata keçirdiyi müvafiq iqtisadi siyasətin nəticəsində əldə olunub. Azərbaycan bu gün Cənubi Qafqazın ümumi iqtisadi potensialının 75 faizinə malik olan ölkədir. Prezidentimizin hakimiyyətdə olduğu son 17 il ərzində Azərbaycan Ordusu dünya ölkələri arasında 50 ən güclü ordu sırasında yer alıb. Hər il dövlət büdcəsindən ən çox vəsait hərbi sahəyə ayrılır”.

Tarix
2020.10.22 / 15:20
Müəllif
Xədicə Nəbiyeva
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla