Qriqoryan Moskvaya getdi
11:10
| Ana səhifə İqtisadiyyat |
|
Türkiyə ilə İraq arasında neft-qaz əməkdaşlığı 7 iyun parlament seçkisindən sonra sürətlənəcək.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin "Star" qəzeti yazıb. Qəzetin əldə etdiyi məlumata görə, Türkiyə Şimali İraqdakı 13 yataqda neft-qaz axtarışı aparacaq.
Türk rəsmilərin məsələni yekunlaşdırmaq üçün yaxın vaxtlarda Şimali İraq Kürd Regional Rəhbərliyi ilə son danışıqlar aparacağı gözlənilir. Kürd rəsmilər bütün prosesin İraq Konstitusiyasına uyğun olaraq aparılacağını bildirirlər.
Türkiyənin enerji və təbii qaynaqlar nazirliyi isə neft-qaz axtarışı üçün Azərbaycan və İran kimi ölkələrlə də əməkdaşlıq edə biləcəklərini açıqlayıb.
Qeyd edək ki, Türkiyə İraq qazına digər dövlətlərdən aldığı təbii qazın qiymətinin təxminən yarısını ödəyəcək.
|
Tarix
2015.05.20 / 15:00
|
Müəllif
İlham Sahiloğlu
|