Yuxarı

Bakı üçün mühüm proses: 1 trilyon dollarlıq birlik

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin İslamabadda bir araya gəlməsi ölkələr üçün geosiyasi əhəmiyyət daşımaqla yanaşı, iqtisadi əlaqələrin də genişlənməsinə müsbət təsir edəcək.

Axar.az xəbər verir ki, bu fikirləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.

İqtisadçı bildirib ki, bu, ümumi nominal ümumi daxili məhsulu (ÜDM) 1 tirlyon dollardan çox olan 3 ölkənin birlikdə olması anlamına gəlir:

“Digər tərəfdən, 743 milyard dollar ÜDM ilə Türkiyə, 314 milyard dollarlıq iqtisadiyyatı olan Pakistan və 47.1 milyard dollarlıq ÜDM-ə malik Azərbaycan yerləşdiyi bölgədə strateji mövqelərə malikdirlər.

Üç ölkə arasında ticarət dövriyyəsinin növbəti illərdə, xüsusən də pandemiyadan sonra daha da genişlənəcəyi gözlənilir. Hazırda Azərbaycanla Türkiyə arasındakı illik ticarət dövriyyəsi 4.5 milyard dollardır və son iki ildə iki ölkə arasındakı dövriyyə 70 faizə yaxın artıb. Azərbaycanla Pakistan arasındakı illik ticarət dövriyyəsi də son iki ildə 4 dəfə artıb. Göründüyü kimi, Azərbaycanla hər iki ölkə arasındakı əlaqələr son illər ciddi artım tempi ilə inkişaf edir.

Vətən müharibəsində Azərbaycanın haqq işinə mənəvi dəstək olan iki qardaş ölkəni təmsil edən şirkətlərin işğaldan azad olunan ərazilərimizin bərpasında daha yaxından iştirak imkanları da var. Gözlənilir ki, sözügedən ölkələrin şirkətləri bərpa və yenidənqurma mərhələsində yaxından təmsil olunacaqlar”.

Tarix
2021.01.14 / 15:27
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla