Yuxarı

Bakı və Ankaranın bu sazişi qüvvəyə minir - Detallar

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı və Ankaranın bu sazişi qüvvəyə minir - Detallar

Gələn aydan etibarən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minəcək. Saziş 15 mal qrupunu əhatə edir. Bu sazişdən sonra iki qardaş ölkə arasında ticarət dövriyyəsinin artacağı gözlənilir.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı-alim Vüqar Bayramov deyib.

“Pandemiyanın təsirlərinə rəğmən ötən il də iki ölkə arasındakı ticarət dövriyyəsi əhəmiyyətli səviyyədə olub. 4.5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar idi.

Bütövlükdə, son illər Azərbaycan ilə Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub. Belə ki, 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 33 faiz, 2017-ci il ilə müqayisədə isə 73 faiz artıb. Belə ki, ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 mlrd. 403 milyon dollar, 2017-ci ildə isə 2 mlrd. 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb. 2021-ci ildə Azərbaycan Türkiyəyə 8 milyard kubmetr mavi qaz nəql etməyi planlaşdırır.

Artıq ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 mlrd. dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər”, - millət vəkili bildirib.

Tarix
2021.02.22 / 11:45
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla