"Azərbaycan banklarından ən
çox hansı banka etibar edirsiniz?" sualına paytaxt əhalisinin
əksəriyyəti "Unibank" cavabını verib. Ölkə bankları içərisində
kredit məhsullarına görə daha çox əlçatan bank hansıdır sualına da
Bakı sakinlərinin çoxu "Unibank" deyiblər.
Axar.az xəbər verir ki, bu nəticələr "Business Insight"
Beynəlxalq Araşdırma qrupunun Bakıda əhali arasında keçirdiyi sorğu
zamanı əldə edilib. Sorğuda iştirak edən əksər respondentlər, "Pul
vəsaitinə ehtiyac olan zaman yardımçı bank olaraq hansı bankın
adını qeyd edə bilərsiniz?" sualına cavab olaraq "Unibank"ı
seçiblər. Əmanət xidmətləri üzrə cəlbedici banklar sırasında da
"Unibank" sakinlərin seçdiyi ilk banklar sırasındadır.
Qeyd edək ki, "Business Insight" şirkətinin sorğusu paytaxtın 11
rayonunun 700-dən artıq sakini arasında keçirib.Sorğu 18-65 yaş
arası respondentlər arasında aparılıb.
Ölkənin qabaqcıl banklarından biri olan "Unibank"ın maliyyə
bazarında rolu dəfələrlə bir çox beynəlxalq maliyyə institutları və
KİV tərərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki,
dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan "The Banker" jurnalının
xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə
görə, "Unibank"ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda "Ən
yaxşı riteyl bank" nominasiyası üzrə mükafatlandırıb. "Unibank"
həmçinin biznesin inkişafına verdiyi maliyyə dəstəyinə görə "Uğur"
Milli Mükafatına layiq görülüb.
Hazırda baş ofis də daxil olmaqla, "Unibank" 40 filialı ilə
müştərilərin xidmətindədir. İldən- ilə xidmət şəbəkəsini
genişləndirən bankın paytaxtda 24, bölgələrdə isə 16 filialı
var.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, "Unibank"ın
saytından (http://www.unibank.az) və yaxud bankın
Feysbuk səhifəsində (www.facebook.com/unibank.az)
əldə etmək olar.
"Unibank "– hər kəsin bankı.