Yuxarı

Neftin qiyməti iyunda sürətlə düşəcək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neftin qiyməti iyunda sürətlə düşəcək

"İyun ayı birjalarda neftin qiymətinin növbəti enmə trendinə girməsi ilə yadda qalacaq".

Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib. O, neftin qiymətinin 50 dollaradək düşmə ehtimalları ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib:

"1.WTİ və Brent markalı neft arasında qiymət fərqinin 4 dollara düşməsi ilə spred qapanır.

2.Bu gün axşam ABŞ-da ənənəvi həftəlik strateji neft rezervlərinin vəziyyəti açıqlanacaq. Azalma olsa da, bunun qiymətə təsiri olmayacaq.

3. Cümə günüisə OPEK-in toplantısıdır. Çox güman ki, hasilatı azaltma qərarı verilməyəcək. Qeyd edim ki, qərarın elanı bazarda 2-3 dollarlıq qiymət enməsinə səbəb olacaq.

4. Yunanıstan böhranı yaxın günlərdə çözülməsə, bu, avronun düşməsi, dolların qalxmasına səbəb olacaq. Nəticədə isə baha dollar neftin qiymətini daha da aşağı çəkəcək.

5. Ayın sonunda İranla Altılığın anlaşması rəsmiləşəcək, təbii ki, bu da qiymətə birbaşa təsir edəcək. Bir sözlə, iyun ayı birjalarda neftin qiymətinin növbəti enmə trendinə girməsi ilə yadda qalacaq. Belə ki, qiymət yenidən 50 dollara qədər enə bilər".

Tarix
2015.06.04 / 09:58
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ərdoğanın Azərbaycana sevgisi ürəkdən gəlir, bu da... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla