Yuxarı

Əmanətçilərə şad xəbər: 100 min manatlıq... - Millət vəkili

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əmanətçilərə şad xəbər: 100 min manatlıq... - Millət vəkili

“Əmanətlərin sığortalanması haqqında” qanun yeni dəyişikliklər ilə qüvvəyə minir.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.

Millət vəkilinin sözlərinə görə, bu gündən fiziki şəxslərin bankda olan 100 min manatadək əmanətləri sığortalanacaq:

“Bu zaman milli valyutada olan əmanətlər üzrə qorunan dividentin faiz dərəcəsi 12, xarici valyutada isə 2.5 faizdir. Bu o deməkdir ki, əmanətçinin bankdakı depozitinin məbləği 100 min manatdan azdırsa, o vəsait tam olaraq sığortalanmış sayılır. Bank müflis olan zaman isə həmin depozit tam ödənilir. Bu zaman sığortalanan faiz dərəcələri də nəzərə alınır.

Bu baxımdan, əgər vətəndaşın pulu 100 min manatdan çoxdursa, o zaman depoziti bölərək ailə üzvlərinin adına yerləşdirməsi və ya bir neçə bankda yerləşdirməsi məqsədəuyğun olar. Digər tərəfdən, yüksək divident faizinə aldanıb depozit yerləşdirmək də riskli hesab olunur. Belə ki, əgər məbləğ 100 min manatdan az olsa belə, divident faizi 12 faizdən çoxdursa, məsələn 13 faizdirsə, o zaman həmin əmanət qorunmayan hesab olunur. Bank müflis olan zaman həmin vəsait qorunan əmanət kimi geri qaytarılmır. Bu baxımdan, əmanətçinin qorunan divident faizini də nəzərə alması çox vacibdir.

Qeyd edək ki, ölkədə fəaliyyətdə olan banklarda əmanət sahiblərinin 99,8 faizinin depozitləri 100 min manata qədərdir”.

Tarix
2021.04.06 / 16:57
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

ABŞ və Ermənistan TRIPP çərçivəsində ilk görüş keçirdi

Bakı-İrəvan gərginliyi başa çatır - Kavelaşvili

ABŞ-ın ictimai-siyasi xadimləri Azərbaycana gələcək

Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi

Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!

Şahin Şıxlinskinin məhkəməsi başladı

Azərbaycandan Ermənistana neft məhsulları yola salındı - Foto

Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?

Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atılacaq?

Rusiyadan türk ölkəsinə qarşı isterika: hansı haqla “hədələyir”?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla