Yuxarı

Milli valyutalar dolları üstələyir: bəs manat? - Şərh

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli valyutalar dolları üstələyir: bəs manat? - Şərh

Böyük Britaniya və eləcə də Avropa Birliyi ölkələrində müşahidə edilən iqtisadi bərpa fonunda avro və əksər səbət valyutalar dollara nisbətən möhkəmlənib. Dollar dünənki birjada da avroya nisbətən 0.4 faiz dəyər itirib.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov son zamanlar əksər səbət valyutaların dollara nisbətən möhkəmlənməsi və manatın dollar qarşısında son vəziyyəti haqda danışarkən deyib.

Millət vəkilinin sözlərinə görə, Avropada intensivləşən vaksinasiya prosesi də avronun xeyirinə işləyib. Bununla belə, hələlik dolların səbət valyutalara nisbətən ciddi dəyər itirməsi proqnozlaşdırılmır:

“Aparıcı valyutalara nisbətən dəyər itirən dollar inkişaf etməkdə olan ölkələrin valyutaları ilə müqayisədə güclü mövqeyini qoruyub saxlayıb. Əksər region ölkələrində ABŞ pulunun milli valyutalara təzyiqi qalmaqdadır.

Aparıcı valyutalara nisbətən ABŞ pulunun zəifləməsi manatın dollara nisbətən möhkəmlənəcəyi anlamına gəlməməlidir”.

Tarix
2021.04.07 / 14:15
Müəllif
Turan Rzayev
Digər xəbərlər

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla