Yuxarı

ABB-dən 300 000 manatadək daxili ipoteka krediti!

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB-dən 300 000 manatadək daxili ipoteka krediti!

Azərbaycan Beynəlxalq Bankı ev sahibi olmaq istəyənlər üçün çox sərfəli imkan yaradıb.

Axar.az xəbər verir ki, indi hər kəs arzusunda olduğu mənzilləri, fərdi yaşayış evlərini Bankın təklif etdiyi daxili kredit şərtlərindən faydalanmaqla çox asanlıqla əldə edir.

Mənzil və ya fərdi yaşayış evlərinin alınması üçün kreditin şərtləri:

- Maksimal məbləğ: 300.000 manatadək

- Müddət: 20 ilədək

- İllik faiz dərəcəsi: 10%-dən başlayaraq

- İlkin ödəniş: 15%-dən başlayaraq

Bankın müştərisi olmayan şəxslərə də kredit şərtlərindən yararlanmaq imkanı yaradılır. Daxili ipoteka krediti yalnız Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yerləşən əmlaklara ayrılır. Kreditin rəsmiləşdirilməsi prosedurları çox sadədir. Tələb edilən sənədlərin sayı azdır. Hər bir Azərbaycan Respublikası vətəndaşı şəxsiyyət vəsiqəsini, bank hesabından çıxarışı və ya Elektron Hökumət Portalından arayışı təqdim etməklə bu kredit imkanından faydalana bilər. Məhsul haqqında daha ətraflı məlumatı buradan əldə etmək mümkündür.

Bankın İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib:

“Azərbaycan Beynəlxalq Bankı universal bank olaraq müştərilərin ən müxtəlif ehtiyaclarını təmin edir. Yeni kredit məhsulumuz müştərilərimizə öz mənzil şəraitlərini yaxşılaşdırmaq imkanı verəcək. Bu məhsul tikinti sektorunda da canlanma yaradacaq”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2021.04.07 / 16:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

Vətən müharibəsində xalq buna şahid oldu - Deputat

İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Lavrov Azərbaycan səfirini niyə qəbul etmir? - Qapalı müzakirə

2026-da Azərbaycan və Rusiya əlaqələri necə olacaq?

Zakir Həsənov şəxsi heyəti təbrik etdi

Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla