Yuxarı

Taksi ilə gediş haqqına 10% endirim!

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Taksi ilə gediş haqqına 10% endirim!

Ölkəmizdə nağdsız ödəniş ənənələrinin inkişafına dəstək verən və nəqliyyat sistemində də nağdsız ödənişlərə şərait yaradan ABB bu məqsədlə növbəti yeniliyi təqdim edib. Baku Taksi Xidmətinin London taksilərində ABB-nin yerləşdirdiyi POS terminallarda istənilən Visa kartı ilə ödəniş zamanı gediş haqqına dərhal 10% endirim tətbiq olunur.

Axar.az xəbər verir ki, Baku Taksi Xidmətinin taksilərindən istifadə zamanı sərnişin gediş haqqını Visa kartı ilə yanaşı, ödəniş üzüyü, NFC sistemini dəstəkləyən mobil telefonu və ya Garmin saatı ilə rahatlıqla ödəyə bilər, endirim bu vasitələrə də aiddir. Sərnişin 10% endirimi ABB-nin Baku Taksi Xidmətinin London taksilərində quraşdırılmış məsafədən idarə olunan POS terminalları vasitəsilə ödədikdə qazanır.

ABB ilə partnyorluq ticarət və xidmət məkanlarına geniş imkanlar verir. Təsərrüfat subyektləri ABB-nin POS terminallarını quraşdıraraq müştərilərinə müxtəlif faydalar yarada bilərlər. Bank ticarət və xidmət məkanlarında ödənişlərini ABB-nin POS terminalları ilə aparan müştərilərə böyük endirimlər, güzəştlər qazandırır. ABB-nin partnyoru olmaq istəyən təsərrüfat subyektləri ABB-ə bu email vasitəsilə müraciət edə bilər: [email protected]

Bankın təqdim etdiyi Visa kartlarının siyahısı ilə buradan tanış olmaq mümkündür.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2021.09.17 / 17:09
Müəllif
Axar.az
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla