Yuxarı

Türkiyədə manatla alver etmək olacaq? - Professor

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət İqtisad Universitetin Türk Dünyası İqtisad fakültəsinin dekanı, professor Mehmet Yücenin Axar.az-a müsahibəsi:

- Mehmet bəy, Türkiyənin “Rəsmi qəzet”ində dərc olunan qərarla Azərbaycan manatı da “Ticarətə aid xarici valyutalar” siyahısına daxil edilib. Bu qərarın anlamı nədir?

- Bu o deməkdir ki, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı Azərbaycan manatını ticarətdə istifadə edilən və konvertasiya olunan valyutalar siyahısına daxil edib. Konvertasiyaya gəldikdə isə bu, ümumiyyətlə, istənilən valyutanın başqa valyutaya dəyişdirilə biləcəyini göstərir. Konvertasiya əməliyyatları məzənnə adlanır və öncədən nəzərdə tutulan tədbirlər çərçivəsində həyata keçirilir. Lakin bu qərarda əsas nəzərdə tutulan məsələ valyutanın başqa ölkələrdə məqbul olması deyil. Bunu örnəklə izah etmək istəyirəm. Məsələn, Türkiyədə Azərbaycan manatı ilə ödəniş etmək istəyəndə, satıcı pulu qəbul etmir. Bunun səbəbi pulun konvertasiya olunmamağı deyil. Səbəb həmin valyutanın ehtiyat bir valyuta kimi qəbul olunub-olunmamasıdır. Sözügedən qərarla isə Azərbaycan manatı da Türkiyə Mərkəzi Bankı tərəfindən ehtiyat valyuta kimi qəbul olunacaq. Yəni hər hansı bir firma beynəlxalq ticarət əməliyyatlarında manatla hesab-faktura verə biləcək.

- Bəs əvvəllər Türkiyədə Azərbaycan manatı ilə alğı-satqı necə edilirdi?

- Əvvəllər manat sərbəst bazarda satıla bilərdi və məzənnə bazar şəraitində dollar pariteti nəzərə alınmaqla çarpaz məzənnə ilə müəyyən edilirdi. Manatın Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının ticarət etdiyi valyuta hovuzuna daxil edilməsi ilə onun pariteti artıq Mərkəzi Bank tərəfindən müəyyən ediləcək və ehtiyat valyuta kimi qəbul ediləcək.

- Bu prosesin hansı nəticələri ola bilər?

- Əslində qərarın bir neçə mənası var. Bu o deməkdir ki, iki ölkə arasında ticarət dövriyyəsi artıb. Manatın ehtiyat pul kimi qəbul edilməsi kommersiya fəaliyyətinin daha da asanlaşması ilə nəticələnəcək. Bu qədər əməliyyatları indi manatla rəsmiləşdirmək olar. Bu vəziyyət gələcəkdə ticarət əməliyyatlarının milli valyutalarımızla aparılması ilə nəticələnə bilər və tədricən dünyada xarici ticarətdə ödəniş vasitəsi kimi görülən dollar və avrodan asılılıq azalar. Yaxın gələcəkdə isə bir çox ölkənin bu sistemə qoşulması ilə yeni ödəniş sistemi yaranacaq.

Digər nəticə ondan ibarətdir ki, əmanətçilərin əmanətlərini dollardan başqa ehtiyat valyutada yatırma və istifadə etmə şansı olacaq. Bu, Türkiyədə və Azərbaycanda dollara tələbin azalmasına səbəb olacaq. Yekun olaraq deyə bilərəm ki, belə qərarlarla dollara tələb digər alternativlər yaratmaqla balanslaşdırılır.

Tarix
2021.12.22 / 09:00
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

İshaq Hersoq Bakıya 3 nazir, 100 nümayəndə ilə gəlir

Şuşa şəhərinin işğaldan azad olunmasından 4 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

XİN-dən Zəfər Günü paylaşımı: Bunu arzulayırıq!

Qafarova ilə görüş barədə xəbəri gözləyirəm - Simonyan

Bakı ilə sazişi oxumamışam, amma dəstəkləyirəm - Qalyan

Tramp əmr verdi: Türk ordusunun önündən çıxın! - Video

Azərbaycana qarşı təxribat hazırlanır - Video

Şarl Mişel Bakıya gəlir

Türk fermer Qarabağ zəfərini belə təbrik etdi - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla