Yuxarı

Nazir açıqladı: Pambığın alış qiyməti artırıldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir açıqladı: Pambığın alış qiyməti artırıldı

Azərbaycanda şirkətlər tərəfindən fermerlərdən pambığın alış qiyməti hər tona görə 50 manat artırılıb.

Axar.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

O qeyd edib ki, fermerlərdən pambıq alan şirkətlər alış qiymətini 50 manat artırmaq qərarına gəliblər:

“Pambığın alış qiyməti 700 manat idi. Şirkətlər 2022-ci il mövsümü üçün qərara gəlib ki, qiyməti 50 manat artırsınlar. Hazırda şirkətlərin qərarı pambıq alışının 750 manat olması ilə bağlıdır, amma biz qərara gəlmişik ki, avqust ayında qiymətlərə bir də baxaq.

Ümid edirik ki, avqust ayında şirkətlər fermerləri bir daha sevindirəcək, ancaq bu məsələ birjalarda olan vəziyyətdən asılı olacaq”.

O qeyd edib ki, bu il hər ton pambığa görə 170 manat məhsul subsidiyası da ödəniləcək.

Tarix
2022.01.26 / 11:11
Müəllif
Axar.az
Digər xəbərlər

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla