Yuxarı

Müharibə uzanacaq: 2,8 trilyon dolarlıq ziyan

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibə uzanacaq: 2,8 trilyon dolarlıq ziyan

Rusiya-Ukrayna müharibəsi gələn ilin sonuna qədər qlobal iqtisadiyyata 2,8 trilyon dollara başa gələcək. Sərt qış Avropada enerji normasının pozulmasına gətirib çıxaracaq.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

“Müharibə tədarük zəncirlərini pozdu, ərzaq və digər zəruri əşyaların çatışmazlığına səbəb oldu. Qərb Putinin səfərbərlik və Ukraynanın işğal olunmuş ərazilərində “referendum”lara hazırlıqla bağlı göstərişinin müharibənin aylarla, hətta illərlə çəkə biləcəyindən ehtiyat edir. İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) proqnozlarına görə, qlobal iqtisadiyyat bu il 3%, 2023-cü ildə isə 2,2% artmalıdır. Müharibədən əvvəl bu rəqəm 4,5% idi. 2023-cü ildə isə 3,2% artım gözlənilirdi. OECD 2023-cü ildə Avrozona iqtisadiyyatının 0,3% artacağını, Almaniya iqtisadiyyatının isə 0,7% daralacağını gözləyir. Hələ iyun ayında Avrozonada 1,6%, Almaniyada isə 1,7% artım gözlənilirdi. Enerji qiymətləri yenidən artarsa, Avropa iqtisadiyyatı daha da kəskin tənəzzüllə üzləşə bilər. Təbii qazın qiyməti ilin sonuna qədər 50% artarsa, Avropada istehsal 2023-cü ildə 1,3% azala bilər, qlobal iqtisadiyyat isə cəmi 1,7% artacaq”, - məlumatda deyilib.

Tarix
2022.09.26 / 15:10
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İlham Əliyev Mixael Harmsla görüşdü

İlham Əliyev Almaniyaya səfər etdi - Foto

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Almaniya Azərbaycana yeni səfir təyin etdi

Prezidentdən İspaniyanın qələbəsi haqda: Yüksək ustalıq...

DÇ-2026-nın finalı: Hikmət Hacıyevin şifrəli mesajı? - Video

Tramp və Sançez DÇ-nin finalında barışdı? - Foto

Hörmüz tam olaraq “məhv edilir” – Mühüm plan

Rusiya elitası Moskvanı təcili tərk edir - Video

Ermənistanda etiraf: Bakı yeni mərhələyə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla