Yuxarı

Nazir: "...əsas risklər hesab oluna bilər"

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir: "...əsas risklər hesab oluna bilər"

2015-ci ilin 9 ayında Azərbaycanın sosial-iqtisadi inkişafının yekunları göstərir ki, regional və qlobal səviyyədə mürəkkəb siyasi və iqtisadi proseslərin mənfi təsirlərinə baxmayaraq, ölkə iqtisadiyyatının inkişaf dinamikası davam edir.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, enerji bazarındakı əlverişsiz konyunktur, region ölkələrində iqtisadi problemlər, Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması, Yaxın Şərqdə gərginliyin artması, eləcə də, dünya maliyyə bazarlarındakı çətinliklər orta müddətli perspektivdə əsas risklər hesab oluna bilər: "Ölkəmizin bu çağırışlara hazır olması, iqtisadiyyatın mənfi təsirlərə qarşı yüksək dayanıqlıq nümayiş etdirərək davamlı inkişaf etməsi Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində yaradılmış siyasi və makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar, o cümlədən iqtisadiyyatın diversifikasiyası, neft amilindən asılılığın azaldılması, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi sayəsində mümkün olmuşdur. Təsadüfi deyil ki, bir neçə gün öncə dərc edilmiş Qlobal Rəqabət Qabiliyyəti hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7 ildir ki lider mövqeyini qorumuş, "G20"-yə üzv olan 8 ölkəni qabaqlamış, "Makroiqtisadi vəziyyət" göstəricisi üzrə 10-cu yer tutmuş, biznesin təkmilləşdirilməsi, əmtəə bazarının səmərəliliyi, daxili bazarın həcmi, infrastruktur göstəricisiləri üzrə əhəmiyyətli irəliləyişlərə nail olmuşdur".

Ş. Mustafayev xatırladıb ki, avqust ayında "Fitch" beynəlxalq reytinq agentliyi ölkəmizin reytinqini investisiya səviyyəsində bir daha təsdiq edərək, proqnozu "sabit" saxlayıb. "Bu günlərdə həmçinin, Beynəlxalq Valyuta Fondu Azərbaycanın 2015-ci il üçün iqtisadi artım proqnozunu 4%-dək yüksəltmişdir", - deyə nazir əlavə edib.

Tarix
2015.10.12 / 21:56
Müəllif
Axar.az
Digər xəbərlər

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla