Yuxarı

SOCAR Gürcüstana yeni qaz kəməri çəkəcək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR Gürcüstana yeni qaz kəməri çəkəcək

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstana yeni qaz kəməri çəkəcək.

Bu sözləri Axar.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. Ekspert Azərbaycan qazını Gürcüstana çatdıracaq yeni kəmərin ötürücülük qabiliyyətinin 2 milyard kub metr olacağını bildirib:

"Hazırda Azərbaycanla Gürcüstan arasında qazın ötürülməsi Hacıqabul-Qardabani kəməri vasitəsilə həyata keçirilir. Bu qaz kəməri 1971-ci ildə çəkilib və artıq 44 ildir ki, Azərbaycan qazı bu kəmərlə Gürcüstana çatdırılır. ARDNŞ 2015-ci ildə qərar qəbul edərək bildirdi ki, Gürcüstan Azərbaycanın strateji tərəfdaşı, uzunmüddətli qaz bazarı, Azərbaycan isə bu ölkənin stabil qazla təminatçısıdır. Məhz bu qərar bu gün Gürcüstana yeni bir qaz kəmərinin çəkilməsi məsələsini gündəmə gətirir. Gürcüstanın Energetika naziri Kaxa Kaladze dünən çıxışında SOCAR-la bağlı yeni layihələrdən və ikinci bir xətdən söz açdı. Bu ikinci xətt isə məhz yeni bir kəmərin çəkilməsini özündə ehtiva edir. Yeni kəmər isə Azərbaycan qazının daha yüksək təzyiqlə Gürcüstana ötürülməsini təmin edəcək və ötürücülük qabiliyyəti 2 milyard kub metr olacaq. Çünki hazırda Dövlət Neft Şirkəti Gürcüstana gedən qazın təqribən 1,3 milyard kub metrini öz kəməri ilə verir. Yerdə qalanı isə Bakı-Tiflis-Ərzurumla ötürülür".

Qeyd edək ki, dünən Gürcüstan mətbuatına açıqlama verən Energetika naziri Kaxa Kaladze Prezident İlham Əliyevlə Georgi Marqvelaşvilinin SOCAR-ın ölkədə yeni layihələr həyata keçirməsi ilə bağlı müzakirələr apardığını söyləmişdi. O, prezidentlərin Gürcüstana Azərbaycandan ikinci xəttin çəkilməsi məsələsinə baxdıqlarını bildirmişdi.

Tarix
2015.11.06 / 13:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Anar Əsədlinin ev dustaqlığına buraxılması istənildi - Qərar

Jirinovskinin inanılmaz proqnozları: ABŞ-Rusiya belə razılaşır

Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı - Qərar

Putinin mətbuat konfransında xəritə mesajı - Foto

Liderlər İlham Əliyevi təbrik edir

Əli Əsədovdan bu qəzetlərlə bağlı qərar

Kəlbəcərdəki bu hadisələr hərbi cinayətdir - Araik

Zelenski İlham Əliyevi təbrik etdi

İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı

Heç bir qurum Azərbaycanla təhdid dilində danışa bilməz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla