Yuxarı

Bankların işində problem yarandı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bankların işində problem yarandı

Bu gün saat 17:00 radələrində Azərbaycan ərazisində internet təminatı ilə bağlı yaranan fasilələlər ölkədə fəaliyyət göstərən bəzi bankların işinə də neqativ təsir göstərib.

Report-un bank dairələrinə istinadən verdiyi xəbərə görə, bəzi banklar internet trafikin kəsilməsi ilə əlaqədar olaraq təqribən 17:00-dan etibarən bazarda bir sıra əməliyyatları, o cümlədən valyuta satışını dayandırıb.

Qeyd edək ki, bu gün Azərbaycanda internet təminatı ilə bağlı problem baş verib, provayderlər və istifadəçilərin internetə çıxışında problem yaranıb. Hazırda Azərbaycanda internetə çıxış qismən bərpa olunub. Bununla belə, ölkə ərazisində əksər saytlara, o cümlədən bir sıra dövlət orqanlarının saytlarına giriş mümkün deyil. Eyni zamanda, internetin sürəti də olduqca zəifdir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, ölkəni internetlə təmin edən "Delta Telecom" şirkətində yanğın baş verib və bütün zəruri avadanlıqlar zədələnib: "Fövqəladə Hallar Nazirliyi yanğını söndürüb. Hazırda alternativ kanallarla ölkə internetlə təmin olunur, lakin onun sürəti çox zəifdir. Lakin yaxın vaxtlarda avandanlıqlar tam yeniləri ilə əvəz olunacaq və ölkədə internetə çıxış və onun sürəti bərpa olunacaq".

Tarix
2015.11.16 / 19:15
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla