Yuxarı

“Günay Bank”ın kreditorlarına müraciət olundu

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Günay Bank”ın kreditorlarına müraciət olundu

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Günay Bank” ASC-nin kreditorlarına müraciət edib.

Fonddan Axar.az-a bildirilib ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 18 may tarixli, 2-3(103)-42/2023 nömrəli qərarı ilə “Günay Bank” ASC müflis elan olunub və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilib.

"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- kreditorun adı və ünvanı;

- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Ləğv prosesində olan “Günay Bank” ASC-nin kreditorlarından xahiş olunur ki, iyulun 18-dək kreditor tələblərinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:

“Günay Bank” ASC-nin Baş ofisi

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 45

Əlaqə: (+994) 941

Tarix
2023.05.24 / 19:39
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla