Yuxarı

SOCAR Türkiyədə 2 milyarda şirkət alır?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR Türkiyənin ötən gün satışa çıxarılan "Petrol ofisi" neft-qaz şirkətini almaq niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin "Habertürk" saytı yazıb.

Saytın əldə etdiyi məlumata görə, SOCAR-dan əlavə "Koç Holdinq"in 50 faiz səhmlərinə sahib olduğu OPET şirkəti də "Petrol ofisi"ni almaq istəyənlər arasındadır.

"SOCAR Turkey Energy" şirkətinin rəhbəri Kənan Yavuz məsələyə müsbət bildirməkdən və mənfi cavab verməkdən imtina edib:

"Şirkətin satışa çıxarıldığı bu gün (ötən gün – red.) açıqlanıb. Bir neçə gün ərzində mövqeyimiz bəlli olacaq".

Qeyd edək ki, "Petrol ofisi"nin sahibi Avsrtiyanın OMV şirkətidir. Şirkət 3 milyard dollar ödəyərək "Petrol ofisi"ni alıb. OMV-nin "Petrol ofisi"ni satışa çıxarmasına səbəb kimi isə yaşadığı maliyyə problemləri göstərilir.

"Petrol ofisi"nin bazar dəyəri 1 milyard 790 milyon manat (896 milyon 410 min dollar) həcmində qiymətləndirilir.

Tarix
2016.02.13 / 13:05
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla