Yuxarı

Birbank Biznesdə “Maestro” tarifi 65% endirim qazandırır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Birbank Biznesdə “Maestro” tarifi 65% endirim qazandırır

Birbank Biznesin əsas bank əməliyyatları və məhsullarını özündə birləşdirən qənaətcil məhsulu “Maestro” biznes sahibləri üçün çox sərfəlidir. Ölkənin bank sektorunda ilk olan bu məhsul vasitəsilə müştərilər biznes ehtiyaclarına uyğun əməliyyatları və xidmətləri istənilən həcmdə və sayda seçərək, tarif paketlərini özləri yarada bilərlər.

Maestro tarifinə qoşulan hər bir sahibkar standart tariflərlə müqayisədə bank xərclərinə orta hesabla 65%-dək endirim almaq imkanından yararlana bilər.

Qeyd edək ki, müştərilər aşağıda qeyd olunan əməliyyat və xidmətlər vasitəsilə bizneslərinə uyğun tarif paketlərini formalaşdıra bilərlər.

Respublikadaxili milli valyutada köçürmələr

- Respublikaxarici köçürmələr

- Əməkhaqqı kartlarına mədaxil

- Valyuta mübadiləsi

- Biznes və Sahibkar kartları vasitəsilə ATM-dən məxaric

- Cari hesabdan QR vasitəsilə nağdlaşdırma

- Əməkhaqqı, Biznes və Sahibkar kartlarının sifarişi və ünvana çatdırılması

“Maestro” tarifinin digər bir unikallığı da ondan ibarətdir ki, biznes sahibləri məhsulu banka gəlmədən, xidmətlər üzrə illik ödənişi Birbank Biznes vasitəsilə etməklə əldə edə bilər. Bununla da müştərilər il ərzində müvafiq əməliyyatları ödənişsiz şəkildə həyata keçirə və digər güzəştlərdən yararlana bilərlər.

Bundan əlavə, “Maestro” tarifi biznes sahiblərinə seçdikləri bank xidmətlərindən asılı olaraq Biznes, Sahibkar və Əməkhaqqı kartlarını və bu kartların çatdırılması xidmətini, həmçinin müəyyən sayda valyuta mübadiləsi hədiyyə edir.

Sahibkarlara vaxta və xərclərə qənaət etmək imkanı verən “Maestro” tarifi haqqında ətraflı məlumat və sifariş üçün https://bir.bank/bbbmt saytında hesabınıza daxil olmağınız və “Tariflər” bölməsində “Maestro” tarifi bölməsinə keçid etməyiniz və ya 896 məlumat mərkəzinə zəng etməyiniz kifayətdir.

Tarix
2024.02.22 / 13:14
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla