Yuxarı

Bakı iki Avropa ölkəsinə neft tədarükü üzrə liderdir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan 2023-cü ildə İtaliya və Xorvatiyaya neft tədarükünə görə birinci yerdə olub.

Axar.az Avropa İttifaqının Statistika İdarəsinin (Avrostat) məlumatına istinadən xəbər verir ki, İtaliya və Xorvatiyanın da daxil olduğu Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ildə Azərbaycandan son dörd ildə maksimum həcmdə - 20,3 milyon ton neft idxal ediblər. Tədarük edilən neftin ümumi dəyəri 12,4 milyard avro məbləğində qiymətləndirilir.

Aİ ölkələri arasında ötən il Azərbaycandan ən iri neft idxalçılarının onluğuna İtaliya (11,3 milyon ton), Çexiya (2 milyon ton), İspaniya (1,4 milyon ton), Almaniya (1,2 milyon ton), Xorvatiya (1,15 milyon ton), Portuqaliya (631,3 min ton), İrlandiya (617,3 min ton), Yunanıstan (529,6 min ton), Avstriya (498,7 min ton) və Rumıniya (435,5 min ton) daxildir.

İlin yekunlarına görə, Azərbaycan Aİ-nin ən böyük on neft ixracatçısının siyahısında ABŞ (67 milyon ton), Norveç (53,6 milyon ton), Qazaxıstan (44,2 milyon ton), Səudiyyə Ərəbistanı (35,2 milyon ton), Liviya (34,8 milyon ton), İraq (34,2 milyon ton), Nigeriya (29,1 milyon ton), Böyük Britaniya (24,1 milyon ton) və Rusiyadan (20,4 milyon ton) sonra onuncu yeri tutub.

İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin məlumatına əsasən, ötən il Azərbaycan İtaliyanın ən böyük neft tədarükçüsü olub. Avrostat və İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin məlumatına görə, ötən il Azərbaycan İtaliyaya neft ixracını 2022-ci illə müqayisədə 25 faiz artırıb. Hesabat dövründə, İtaliya “Azeri Light" markalı neftin idxalını 2022-ci illə müqayisədə 17,8 faiz artıraraq 7,3 milyon tona, “Azeri Brend”in idxalını isə 41,2 faiz artıraraq 4 milyon tona çatdırıb. Avrostatın məlumatlarına əsasən, tədarük olunan neftin dəyəri təxminən 6,8 milyard avro məbləğində qiymətləndirilir.

2023-cü ildə Azərbaycan Xorvatiyanın da əsas neft ixracatçısı olub. Bu ölkəyə 1,15 milyon ton neft tədarük edərək, bu məhsulun ixracatçıları arasında müvafiq olaraq ikinci və üçüncü yerləri tutan Qazaxıstanı (400 min ton) və Konqonu (117 min ton) geridə qoyub. Avrostatın məlumatına görə, Xorvatiya ötən il Azərbaycandan neft idxalını 2022-ci illə müqayisədə 18,5 faiz azaldıb. 2023-cü ildə idxal olunan neftin dəyəri təxminən 699,2 milyon avro məbləğində qiymətləndirilir.

Azərbaycan 2023-cü ildə Çexiyaya Rusiyadan sonra ikinci ən böyük neft tədarükçüsüdür.

Çexiya Statistika İdarəsinin verdiyi məlumata görə, ötən il Çexiya Azərbaycandan son dörd ildə maksimum həcmdə neft idxal edib, 2022-ci illə müqayisədə idxal 13,9 faiz artıb. Ötən il Azərbaycan İrlandiyanın neft ixracatçıları arasında ABŞ-dan sonra ikinci yeri tutub və bu ölkəyə rekord həcmdə - 617,3 min ton neft tədarük edib, 2022-ci illə müqayisədə ixrac 16,2 faiz artıb.

2023-cü ildə Azərbaycan Rumıniyaya Qazaxıstan və Liviyadan sonra üçüncü ən böyük neft tədarükçüsü olub. Hesabat dövründə, Azərbaycandan Rumıniyaya neft tədarükü 38,5 faiz azalıb.

İlin yekunlarına görə, Azərbaycan Portuqaliya, Macarıstan və Avstriyaya ilk beş ən iri neft ixrac edən ölkələrin siyahısındadır, Yunanıstan və Polşaya neft ixracında isə ilk 10 tədarükçünün onluğuna daxil olub

Tarix
2024.02.27 / 01:00
Müəllif
Axar.az
Digər xəbərlər

Qərb ölkələri səfirlərinin bəyanatını rədd edirik - Bakı

Bakının təkliflərinə İrəvanın cavabı... - Çavuşoğlu

Türkiyə planı: Azərbaycanlıların yeni dövləti yaranır? – Xəritə

Lotereya təşkilatçılarının diqqətinə!

Əsəd rejiminin yıxılması İran və Rusiya üçün nə deməkdir?

Bayramov Kallasla İrəvanı müzakirə etdi

Azərbaycana bunun üçün gəlmişəm - Çavuşoğlu

Bizə Azərbaycanla müharibə lazım deyil - Paşinyan

Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov?

İrəvanla Bakı arasında sülh prosesi... - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla