Yuxarı

Prezidentin Kartli ilə bağlı tapşırığı yerinə yetirildi - Foto

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin Kartli ilə bağlı tapşırığı yerinə yetirildi - Foto

Azərbaycan Prezidentinin tapşırığı ilə Gürcüstanın Kvemo Kartli bölgəsinə 10 dəst kənd təsərrüfatı texnikası verilib.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Gürcüstana səfəri çərçivəsində Rustavi şəhərində olub. O, burada Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Gəncə Avtomobil Zavodunun istehsalı olan 10 yeni "Belarus" traktorunu Kvemo Kartli regionunun nümayəndələrinə təhvil verib.

Bildirilib ki, Prezident İlham Əliyev ötən ilin noyabr ayında Gürcüstana səfəri zamanı Kvemo Kartli regionunun sakinləri ilə görüşündə regionun kənd təsərrüfatının inkişafı ilə bağlı mümkün yardımın göstəriləcəyini bildirmişdi. Bu gün Azərbaycan Prezidentinin tapşırıqlarından biri həyata keçirilir.

SOCAR tərəfindən Kvemo Kartli quberniyasının administrasiyasına əvəzsiz olaraq 10 dəst kənd təsərrüfatı texnikası (10 "Belarus" traktoru və 10 kotan) verilib.

Rövnəq Abdullayev ilə Kvemo-Kartli-Borçalı bölgəsinin qubernatoru Paata Xzinaşvilinin görüşündə Azərbaycanın Gürcüstana bütün sahələrdə köməklik göstərdiyi xüsusi qeyd olunub. Gürcüstan tərəfi bu dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. Tərəflər arasında yeni memorandum imzalanıb. Sənəddə Kvemo Kartli bölgəsinə daha 10 dəst kənd təsərrüfatı texnikasının verilməsi nəzərdə tutulub. Texnikanın bu ilin sonanadək Gürcüstana veriləcəyi bildirilib.

Görüşdə Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn və digər rəsmi şəxslər iştirak ediblər.

Tarix
2016.03.04 / 20:30
Müəllif
Axar.az
Digər xəbərlər

AB və Azərbaycan arasında mühüm müzakirə

Bakı bu ölkənin vətəndaşları üçün vizasız rejim təklif etdi

Vəkillər Kollegiyasından bu şəxslərə xəbərdarlıq

Azərbaycanlıları öldürən rus polislər mükafatlandırıldı

İlham Əliyevin orada yer alması təsadüfi deyil - Aksoy

Bu deputatlara vəzifə veriləcək - Siyahı

Bu şəxslərə xoş xəbər: Maaşları iki dəfə artacaq

3 aydan sonra Ermənistana hücum olacaq - Hazırlıq başladı

Həbsdə olan jurnalistin ailəsində növbəti faciə

Prezidentdən Xaqani Şirvani ilə bağlı mühüm sərəncam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla