Yuxarı

Barları şadlıq evlərinə köçürüblər, belə toy olar? - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Barları şadlıq evlərinə köçürüblər, belə toy olar? - Video

Xalq şairi Sabir Rüstəmxanlının “Rüstəmxanlı söhbətləri” verilişinin növbəti buraxılışı yayımlanıb.

Kult.az xəbər verir ki, S.Rüstəmxanlı verilişdə müasir toyların təşkili, musiqi seçimi, gəlin və bəyin məclisdəki rolu, eləcə də şadlıq saraylarına verilən adlarla bağlı fikirlərini bölüşüb.

Xalq şairi toy məclislərində baş verən bəzi dəyişiklikləri mənəvi terror kimi qiymətləndirərək, milli adət-ənənələrdən uzaqlaşmanın yolverilməz olduğunu bildirib.

O, xüsusilə şadlıq evlərində musiqinin saatlarla fasiləsiz səsləndirilməsini və milli rəqslərin arxa plana keçməsini tənqid edib. Şairin sözlərinə görə, müasir toylar getdikcə diskotekaya çevrilir:

"Dörd-beş saat ara vermədən musiqi səslənir. Heç onun adı musiqi də deyil, diringidir. Və rəqslər də qəribədir. Azərbaycan rəqslərində kişilərimiz qol götürərdi, məğrur şəkildə "Qaytağı", "Ləzginka" oynayardı. Yaxud qadınlarımızın gözəl rəqsləri vardı. İndi toylarda bunların heç biri yoxdur.

Cavanlar istəyirdilər ki, yarım saatlıq da olsa, diskoteka havasında mahnılar olsun, Avropa sayağı atılıb-düşsünlər. Başa düşürəm. Amma indi bütün toyları bara çevirirlər. Bütün toylar diskotekaya çevrilir".

Şair gəlinlərin geyimi ilə bağlı da narazılığını ifadə edib. O, bəylərin toy mərasimində gəlinin uzun ətəyini yığmaq məcburiyyətində qalmasını qınayıb:

"Gəlinlə bəy gəlir, Allah xoşbəxt eləsin, ancaq, gəlinin sinəsi açıq olur. Məncə, gəlin bir az daha qapalı geyinə bilər. O qədər gözəl geyimlər var ki... Lakin mən maraqlandım, Bakıda gəlin paltarları satılan yerlər qəsdən o cür paltarlar tikirlər və camaat da normal gəlinlik tapa bilmir.

Ətək də üç metrə uzanır, yerlə sürünür. Bəy bəylik kürsüsündə əyləşməkdənsə, elə yolboyu gəlinin ətəyini yığmaqla məşğuldur. Birinci gündür, camaat içinə çıxıb, gəlinin yanında şax gəzməlidir. Bu ağadır, bu bəydir elə. Bu toyun sahibidir. Amma yox! Bəy əyilir, ancaq ətək toplaya-toplaya gəzir. Bu bəyi niyə sındırırsınız? Bəyi niyə bu ətəyin quluna çevirirsiniz? Bu geyimi normal tikin ki, gəlin normal gəzə bilsin.

Dəyişilə-dəyişilə, bütün yaxşı şeyləri - milli özəllikləri, milli gözəllikləri itirə-itirə gedirik. Amma hara gedirik?!".

Tarix
2026.09.26 / 12:06
Müəllif
Kult.az
Digər xəbərlər

Forumda sənədlər mübadilə edildi - Foto

Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev

Özünüz yoxlayın, saxta xəbərlərə etibar etməyin!

İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki...

Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır

Bizim regionda geosiyasi vəziyyət dəyişsə...

Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

Prezident: Biz onu bir gündə sıfırlaya bilərik

Bu gün iki mühüm müqavilə imzalanacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla