Yuxarı

Türkiyə Azərbaycanı şantaj edir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə Azərbaycanı şantaj edir

Ankara Azərbaycan, Rusiya və İranı şantaj edir.

"Axar.az" xəbər verir ki, bu açıqlama ilə rus politoloqu Stanislav Tarasov çıxış edib.

O, Türkiyənin artıq öz qaz ehtiyatlarını təmin etməkdən ötrü böyük oyuna başladığını deyib: "Türkiyə Azərbaycan, İran və Rusiyadan aldığı neft və qazla özünün enerjiyə olan tələbatlarını ödəyir. Amma o, qiymətləri daha da aşağı salmağa çalışır. Əsas hədəf kimi bu dəqiqə İraq götürülüb. Amma İraqdan da ölkə üçün alınacaq neft onun tələbatlarının 1/5 hissəsini ödəyəcək".

Politoloq rəsmi Ankaranın İraqın Türkiyədən başqa çıxış yolu qalmadığını yaxşı bildiyini qeyd edib: "Rəsmi Ankaradan Suriya ilə bağlı edilən bəyanata baxın. Ankara deyir ki, İraq Suriya vasitəsiylə bazarlara neftini çıxara bilməz. Yəni İran-İraq, İraq-İordaniya-İsrail, İraq-Suriya-İsrail xətlərinin də bağlı olduğunu deyir".

S.Tarasova görə, Türkiyə həm də özünü böyük enerji resurslarının tranzit mərkəzinə çevirmək niyyətindədir: "Türkiyə daha təhlükəsiz variant kimi öz ərazilərini Azərbaycan və Orta Asiya ölkələrinə təqdim edir. Əvəzində qiymətlərin endirilməsi əsas variant kimi nəzərdə tutulur. Azərbaycan onsuz da qazını Türkiyəyə ucuz satır. Amma bundan o yana çətin ki, nə isə olar. Bir şey yaddan çıxmamalıdır ki, istənilən vədə Bakı-Moskva-Tehran alyansı yarana bilər. Bu isə Türkiyə üçün elə də xoş bir şey olmayacaq".

Qeyd edək ki, dünən Türkiyənin Təbii Sərvətlər və Energetika naziri Taner Yıldız İraqdan neft almaq niyyətində olduqları ilə bağlı açıqlama yaymışdı. O, bunu İraq neftinin ölkəyə gətirilməsinin daha ucuz olması ilə əlaqəli olduğunu demişdi.

Tarix
2014.02.10 / 13:41
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bu il minimum əmək haqqı artırılacaq

Mehdiyev bu quruma ağsaqqallıq edir: Kimsə cəsarət etmir...

İlham Əliyev Küveyt Əmirini təbrik etdi

Toliklə Elgizin verilişi bağlandı, Zaur töhmət aldı

Bayramovun müavini Cenevrədə Zəngəzur dəhlizindən danışdı

Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi

Türkiyədə F-16 qəzaya uğradı, ölən var - Video

Xameneinin ölüm xəbəri: İranın məqsədi nədir?

Kremlin Bakıya təsir imkanı artıq yoxdur - Avaqyan

Azərbaycan və Ermənistan rəsmiləri Cenevrədə görüşdülər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla