Yuxarı

İnvestorlarımız İrana dəvət olundular

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnvestorlarımız İrana dəvət olundular

Hazırda üzərində işlədiyimiz layihələrin icrası ilə İranın maye qaz istehsalı potensialı mövcud 3 milyon tondan 6 milyon yarım ton həcminə qədər artacaq.

Bunu APA-nın Tehran bürosunun müxbirinə eksklüziv açıqlamasında "Xəlic Fars" neft-kimya sənayesi və ticarəti şirkətinin baş direktoru Məhəmməd Hüseyn Kakuyinejad deyib.

O qeyd edib ki, "Xəlic Fars" neft-kimya şirkəti hazırda ildə 24 milyon ton müxtəlif növ neft-kimya məhsulları istehsal etmək potensialına malikdir.

M.Kakuyinejad bildirib ki, hazırda İranın maye qaz istehsalının 80 faizini "Xəlic Fars" neft-kimya şirkəti həyata keçirir.

"Xəlic Fars" neft-kimya şirkəti Yaxın şərq ölkələri arasında ən böyük neft-kimya şitkətidir. İranda isə yeganə şirkətdir ki, birjada satış həyata keçirir. Bizim şirkət Azərbaycana məhsullarını ixrac etməyə çox önəm verir", - deyə Kakuyinejad bildirib.

M.Kakuyinejad deyib ki, hazırda "Xəlic Fars" neft-kimya şirkəti metanol və etilen-polietilen istehsalı zavodu tikir: "Azərbaycanlı investorları bu zavodların tikintisində sərmayə yatırmağa dəvət edirik. Onlar sərmayə yatırmaqla Azərbaycanın bu məhsullara olan ehtiyacını elə bu zavodlardan təmin edə bilərlər. Biz dost və qardaş olan Azərbaycanla bütün sahələrdə xüsusi ilə neft-kimya məhsulları sahəsində əməkdaşlıq etməyə hazırıq".

Onun sözlərinə görə, hazırda Azərbaycanın daha çox polimer məhsuluna tələbatı var: "Düşünürəm yaxın gələcəkdə daha yaxşı, keyfiyyətli və təşkilatlanmış formada bu məhsulun Azərbaycana ixracı təmin olunacaq".

Tarix
2016.04.24 / 00:56
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla