Yuxarı

Nazirdən sahibkarların təklifinə cavab: "Olmaz"

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirdən sahibkarların təklifinə cavab: "Olmaz"

Vergilər naziri Fazil Məmmədov ticarət şəbəkələrinin (supermarket) əlavə dəyər vergisi (ƏDV) üzrə vergi güzəştləri ilə bağlı təkliflərinə münasibət bildirib.

APA-nın xəbərinə görə, nazir deyib ki, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz: "Nəyə görə marketlər ƏDV-dən azad olunmalıdır ki? Kənd təsərrüfatı məhsullarının 95-98%-i bazarlarda, yerdə qalan hissəsi isə, yəni 1-2% marketlərdə satılır. Ona görə, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz. Bu, mümkün deyil. Təkrar edirəm, kənd təsərrüfatı məhsullarının 98%-i bazarlarda satılır. Bazarlarda isə nə ƏDV var, nə də sadələşdirilmiş vergi".

Xatırladaq ki, iri supermarket şəbəkələrinin rəhbərləri İqtisadiyyat Nazirliyinə müraciət edərək, respublikada istehsal olunan sosial əhəmiyyətli ilkin tələbat məhsulları üzrə əlavə dəyər vergisinə (ƏDV) sıfır faiz dərəcəsinin tətbiqi, ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-nin ləğvi təklifini irəli sürüblər.

İqtisadiyyat Nazirliyindən isə bildirib ki, bu məsələyə Vergilər Nazirliyi ilə birlikdə baxılır.

Tarix
2016.05.10 / 10:31
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi

Ukrayna Trampın sayəsində dağıdır - Putin niyə susur?

İlham Əliyev Qətər əmirinə başsağlığı verdi

Azərbaycan bu ölkəni təbrik etdi

Ermənistan niyə Azərbaycana qalib gələ bilməz? - ABŞ mediası

Tramp Ankarada Putini çətin vəziyyətə saldı

Xalqımıza and içməliyik ki, istənilən halda... - Əliyev

Tovuz döyüşlərindən 6 il keçir

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına jest - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla