Yuxarı

Qubad İbadoğlu hoteldən çıxa bilmir - Foto

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qubad İbadoğlu hoteldən çıxa bilmir - Foto

İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı Qubad İbadoğlu İraqın paytaxtı Bağdad şəhərindədir.

"Axar.az" onun Feysbuk səhifəsində yaydığı məlumata istinadən xəbər verir ki, Q.İbadoğlu İslam İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Beyin Mərkəzlərinin 5-ci beynəlxalq konfransında çıxış etmək üçün bu ölkəyə gedib.

O, bu gün konfransın plenar iclasında çıxış edib. Toplantıda İƏT-nin rəhbərləri, İraqın Baş nazirinin rəhbərlik etdiyi dövlət və parlament nümayəndə heyəti, 25-dən çox ölkənin dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri iştirak edir.

İqtisadçı yazıb ki, konfrans iştirakçılarının sayının çoxluğunu nəzərə alaraq çıxışına Ermənistanın Azərbaycana qarşı aqressiyasından başlayıb. Daha sonra İƏT ölkələri arasında iqtisadi-ticari, sosial-mədəni əməkdaşlığın çətinliklərindən danışıb.

Q.İbadoğlu terror içində qan gölünə dönən Bağdadda gördüklərini də yazıb: "Bağdad aeroportundan hazırda yaşadığımız hotelə gələrkən bütün yol boyu bizi bir neçə hərbi maşın dolu əsgər müşayiət edib. Yol boyunca nələri görmədik. Bir vaxtlar dünyanın ən qəddar diktatorunun rəhbərlik etdiyi ölkə hazırda müharibədən sonrakı dövrün dağıntılarını və çətinliklərini yaşayır. Burda hər gün gərginlik və terror aktları müşahidə olunur, şəhərin müxtəlif istiqamətlərindən qara tüstülər havaya qalxır. Ona görə də bizə hoteldən küçəyə çıxmağa icazə verilmir.

Hava udmaq lazım olan otağımızın eyvanına çıxırıq və oradan şəhəri müşahidə edirik. Ömrümdə 1-ci dəfədir ki, 3 gün ərzində ciddi qoruma altında mehmanxanada yaşayıram. Konqoda olanda yenə hərdən qorumalarımla birgə bazar-dükana, kafeyə-restorana gedə bildirdim. Burda isə ona da icazə verilmir, çünki ən qorxulu yer elə oralardır".

Konfrans fevralın 22-də yekunlaşır.

Tarix
2014.02.21 / 16:33
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla