Yuxarı

Almaniya şirkətlərinin Azərbaycana marağı artır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniya şirkətlərinin Azərbaycana marağı artır

İqtisadi konyukturanın zəifləməsinə baxmayaraq, Almaniya şirkətləri Azərbaycan şirkətləri ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.

Report xəbər verir ki, bunu Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndəsi Mayl Hofman bildirib.

Onun sözlərinə görə, Azərbaycan tədricən ixracatçı ölkədən istehsalçı ölkəyə çevrilir: "Bu da qeyri-neft sektorunun nümayəndələri arasında əməkdaşlığın inkişafı üçün böyük imkanların və potensialın olduğunu ehtiva edir".

Qeyd edək ki, bu gün Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatasının "Sənayenin təkmilləşdirilməsi üçün innovativ texnologiyalar" mövzusunda texnologiya forumu keçirilib. Forum Saksoniya vilayətindən olan müəssisələrin Azərbaycana səfəri ilə əlaqədar olaraq "Sachsen GmbH." İqtisadi Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilir.

Tədbirin rəsmi açılış mərasimindən və şirkətlərin təqdimatından sonra Almaniya və Azərbaycan müəssisələri arasında maşınqayırma və avadanlıqlar, neft-kimya və kimya sənayesi, enerji təchizatı və nəzarət, elektrotexnika, qaynaq avadanlığı, gəmiqayırma və təmiri, kran, tikinti və daşınmaz əmlak, əməliyyat təhlükəsizliyi vasitələri sahələrini təmsil edən şirkətlərlə ikitərəfli görüşlər baş tutub.

Tarix
2016.06.02 / 19:35
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla