Yuxarı

ATV-çilərin döyüldüyü kadrlar efirə verildi - Video

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
ATV-çilərin döyüldüyü kadrlar efirə verildi - Video

2016-06-12 21:22:00

ATV-nin "Yoxlama" verilişinin efirdən çıxarıldığı deyilən qalmaqallı buraxılışı bu gün yayımlanıb.

Axar.az xəbər verir ki, 13 iyun tarixində, saat 23:23-də "Yoxlama" verilişinin, Şamaxıda çəkiliş zamanı zorakılıqla üzləşməsi səhnəsi də daxil olmaqla, tam buraxılışı efirə verilib. Verilişin aparıcısı Azər İsmayılov ictimaiyyətə və mediaya səslənərək, bir çox qaranlıq suallara da cavab verməyə çalışıb.

Xatırladaq ki, iyunun 4-də saat 19 radələrində "Yoxlama" layihəsinin əməkdaşları - Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə ilə Şamaxıda çəkiliş apardıqları "Şamaxı" yeməkxanasında məkanın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanov arasında münaqişə baş verib. Nəticədə ATV telekanalının əməkdaşları fiziki təzyiqə məruz qalıb.

Restoran sahibi və yanındakılar çəkiliş qrupuna hücum ediblər. Onlar "Yoxlama"çıları zorla restorandan çıxarmağa çalışıblar. Bu zaman söyüş və təhqiredici ifadələr də eşidilib. Nəticədə verilişin rejissoru Elgün Bayramlı xəsarət alıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 163.1 (Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibb ekspertizaları təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Verilişin efirdən çıxarıldığı barədə xəbəri isə Gununsesi.info yaymışdı. ATV-nin adının çəkilməsini istəməyən əməkdaşına istinadla bildirilirdi ki, buraxılışın məzmunu jurnalistikanın prinsiplərinə uyğun gəlməyib və telekanal rəhbərliyi ictimai rəyin ATV-nin əleyhinə olduğu indiki məqamda bu verilişin efirə getməsini məqsədəuyğun saymayıb.

Tarix
2016.06.14 / 00:38
Müəllif
Axar.az
Digər xəbərlər

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla