Yuxarı

Nefti OPEK ölkələri ucuzlaşdırır?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nefti OPEK ölkələri ucuzlaşdırır?

27 mayda neft qiymətləri ucuzlaşıb – bu, OPEK+ ölkələrinin neft hasilatını artıracağı gözləntilərinin fonunda baş verib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Qeyd olunub ki, “Brent” markalı neftin fyuçersləri 24 sent ucuzlaşaraq bir barrel üçün 64,50 dollar, yüngül neft isə 29 sent ucuzlaşaraq 61,24 dollar olub.

Nəşrin yazdığına görə, OPEK+ yaxın zamanda gündəlik hasilatı 411 min barrel artırmağı təsdiqləyəcək. Qrup, yəqin ki, hasilat kvotaları ilə bağlı son qərarı 28 mayda onlayn keçiriləcək nazirlər görüşündə verəcək. Bununla belə, Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, ölkələr hələ hasilatın artırılmasını müzakirə etməyib.

Qeyd olunub ki, OPEK+ üzvləri artıq ardıcıl iki dəfə hasilatı artırıblar. Bu da neftin qiymətində nəzərəçarpacaq ucuzlaşmaya səbəb olmalı idi.

Bununla yanaşı, ABŞ Prezidenti Donald Trampın Avropa Birliyi ilə ticarət danışıqlarını 9 iyula qədər uzatmaq qərarı neft qiymətlərinin kəskin ucuzlaşmasının qarşısını alıb. Analitiklər bildirirlər ki, AB və ABŞ arasında “gömrük müharibəsi” dünya üzrə yanacağa olan tələbatı azalda və nəticədə neftin ucuzlaşmasına səbəb ola bilərdi.

Neft qiymətlərinə dəstək verən digər amil isə ABŞ və İran arasında nəticəsiz qalan nüvə danışıqlarıdır. Əgər bu danışıqlar uğursuzluqla nəticələnsə, bu, İrana qarşı sanksiyaların davam etməsi və beləliklə də İran neftinin ixracında məhdudiyyətlər demək olacaq ki, bu da qiymətləri yüksəldəcək.

Qeyd edək ki, analitiklər ilin sonunda “Brent” markalı neftin bir barrelinin 60 dollardan ucuz olacağını proqnozlaşdırırlar.

Tarix
2025.05.27 / 14:40
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Ceyhun Bayramov həmkarı ilə telefonla danışdı

Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video

Azərbaycan və İran arasında mühüm müzakirə

Avropadan Kərimlinin həbsinə reaksiya hamını heyrətləndirdi

Minsk qrupu niyə məhz 1 dekabrda ləğv edildi?

Qeyri-formal məşğul şəxslər belə müəyyən ediləcək - Nazir

Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yaydı

Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya

Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi?

Estoniya Bakıda səfirliyini bu tarixdə açacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla